ANA SƏHİFƏ » 2006-04-12 Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Avstriya Respublikası Ali Məhkəməsinin sədri İohan Ceşut ilə görüşmüşdür

Bu ildə ikinci dəfə görüşdüyünü bildirən Sədr İ.Ceşut, Avstriya Konstitusiya Məhkəməsinin Sədri Karl Korinekinin səmimi salamlarını çatdırmış, səfərinin Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə ikitərəfli əlaqələrin genişlənməsində və digər məhkəmə-hüquq orqanları ilə təcrübə mübadiləsinin aparılmasında yeni mərhələ olacağını söyləmişdir. 

Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev ölkələrimizin məhkəmə orqanlarının əməkdaşlığının hər iki tərəf üçün faydalı olduğunu, avstriyalı həmkarı K.Korinekinin Bakıya səfərə gələcəyini qonağın diqqətinə çatdırmışdır.

Görüşdə ölkələrimizin məhkəmə-hüquq təcrübəsindən bəhrələnmək, Avropa dövlətlərarası müqavilələrin hüquqi aspektləri barədə də geniş fikir mübadiləsi aparılmışdır. Görüşdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini H.Mirzəyev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri A.Zeynaloviştirak etmişlər.