ANA SƏHİFƏ » 2006-02-26 Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev Avstriya Federal Respublikasının Konstitusiya Məhkəməsinin sədri Karl Korinekin dəvətilə bu ölkədə rəsmi səfərdə olmuşdur

Görüş zamanı Sədr F.Abdullayev Avropada ən gədim Konstitusiya Məhkəməsi hesab olunan Avstriyanın Konstitusiya Məhkəməsinin təcrübəsinin öyrənilməsi, qarşılıqlı ekspert görüşlərinin və səfərlərinin təşkili, təcrübə mübadiləsi və hakimlər üçün təlimlərin keçirilməsinin zəruriliyini vurğulamışdır. Sədr F.Abdullayev Avstriyanın 2006-cı ildə Avropa İttifaqında Sədrliyini nəzərə alaraq Avropa İttifaqı – Azərbaycan arasında, xüsusilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişlənməsi, həmçinin Avropa İttifaqı tərəfindən dəstəyin artırılması məsələsinə toxunmuşdur. Görüşdə AR Konstitusiya Məhkəməsinin fəaliyyəti barəsində geniş məlumat təqdim olunmuşdur. 

Görüşün sonunda sədr F.Abdullayev Avstriyalı həmkarını Azərbaycana rəsmi səfər etmək üçün dəvət etmişdir.

Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev Avstriyanın Ali Məhkəməsinin sədri Yohan Reşut, Ədliyyə naziri Karin Gastinger, Avstriyanın Baş Prokuroru Valter Preslauer ilə də görüşlər keçirmişdir.

Görüşlərdə Sədr F.Abdullayev Azərbaycanda məhkəmə-hüquq sahəsində keçirilən islahatlar, cəmiyyətdə gedən demokratik proseslər, müxtəlif sahələrdə müşahidə olunan inkişaf haqqında ətraflı məlumat vermişdir. Sədr F.Abdullayev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və onun ölkəmiz üçün ağır nəticələri barəsində də danışmışdır. Tərəflər Azərbaycan ilə Avstriya arasında münasibətlərin, o cümlədən məhkəmə-hüquq orqanları arasında əməkdaşlığın hal-hazırki vəziyyətini yüksək qiymətləndirmiş və bu əlaqələrin gələcək inkişafının istiqamətlərini müzakirə etmişlər.

Keçirilmiş görüşlərdə Azərbaycanın Avstriyadakı Səfiri Fuad İsmayılov, Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Quliyev iştirak etmişlər.