ANA SƏHİFƏ » 2006-02-03 Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi və ATƏT-in insan olçüsü üzrə koordinatoru Andreas Buşu qəbul etmişdir

2006-cı il fevral ayının 3-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi və ATƏT-in insan olçüsü üzrə koordinatoru Andreas Buşu qəbul etmişdir. Görüşdə Konstitusiya Məhkəməsi ilə ATƏT əməkdaşlığının 2005-ci ilin nəticələri və 2006-cı il üçün qarşılıqlı tədbirlərinin perspektivləri müzakirə olunmuşdur. Əldə olunan razılığa əsasən, ATƏT-in Bakı ofisi tərəfindən Konstitusiya Məhkəməsi aparatının əməkdaşları üçün xüsusi təlim kurslarının və ATƏT-in dəsətəyi ilə Avropa konstitusiya nəzarəti orqanlarına tanışlıq səfərlərinin təşkil olunması qərara alınmışdır.

Eyni zamanda, Konstitusiya Məhkəməsində məhkəmə icraatını daha da təkmilləşdirmək məqsədilə ATƏT-in ekspert rəylərinin təqdim olunması nəzərdə tutulmuşdur. 

Görüş zamanı ikitərəfli əməkdaşlığın digər perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.