ANA SƏHİFƏ » 2005-11-12 Avropa Şurasının Venesiya Komissiyası və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə birlikdə «Hüquqi dövlətin qurulmasında Konstitusiyanın rolu» mövzusunda konfrans keçirilmişdir

2005-ci il 11-12 noyabr tarixlərində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Avropa Şurasının Venesiya Komissiyası və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə birlikdə «Hüquqi dövlətin qurulmasında Konstitusiyanın rolu» mövzusunda Azərbaycan Respublikası Konstitusiyasının 10 illiyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Azərbaycan tərəfindən iştirak edirdilər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri F.Abdullayev, Sədr müavini S.Salmanova, hakimlər F.Babayev, R.Qvaladze, B.Qəribov, E.Məmmədov, İ.Nəcəfov, Ə.Sultanov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri A.Zeynalov, Aparat rəhbərinin müavini Ş.Rüstəmov, Konstitusiya hüququ məsələləri şöbəsinin müdiri D.Məmmədova, Cinayət və inzibati hüquq şöbəsinin müdiri H.Əsgərov, Mülki-hüquq şöbəsinin müdiri T.Xammədov, İnsan hüquqları məsələləri üzrə şöbənin müdiri M.Məmmədov, Beynəlxalq hüquq şöbəsinin müdiri A.Hacızadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri

R.Quliyev, Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri A.Cəfərov, Azərbaycan Respublikası Prezident Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri F.Ələsgərov, Azərbaycan Respublikasının ədliyyə naziri F.Məmmədov, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri R.Rzayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili E.Süleymanova, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin hüquq şöbəsinin müdiri A.Süleymanlı. 

Xarici qonaqlardan tədbirdə iştirak edirdilər: 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev, Avropa Şurasının Venesiya Komissiyasının katibi Canni Bukikkio, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin Sədri Valeri Zorkin, Moldova Respublikası Konstitusiya Məhkəməsinin Sədri Viktor Puşkaş, Gürcüstan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Coni Xetsuriani, Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin Sədri Yan Mazak, Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Nedelço Beronov, Ukrayna Respublikası Konstitusiya Məhkəməsinin Sədri vəzifəsini icra edən Pavel Yevqrafov, İsrail Ali Məhkəməsinin Sədr müavini Mişael Çeşin, Almaniya Federal Konstitusiya Məhkəməsinin hakimi Qertruda Lubbe-Volf, Koreya Respublikası Konstitusiya Məhkəmsinin Sədri Xyo-Yonq Kim, Norveç Krallığının Ali Məhkəməsinin hakimi Eylert Stanq Lund, Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin kakimi Sərdar Özgüldür, Rumıniya Respublikası Konstitusiya Məhkəməsinin hakimi Sədri Qabor Kozsokar, Estoniya Respublikası Ali Məhkəməsinin hakimi Yuri İlvest, Polşa Respublikası Konstitusiya Tribunalının hakimi Marian Qrcibovski, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Boris Ebzeyev, Rumıniya Respublikası Konstitusiya Məhkəməsinin baş katibi Ruxandra Sabareanu, Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin baş katibi Ladislav Perxaç, Gürcüstan Respublikası Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Çikobava, ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi, Avropa Şurasının Venesiya Komissiyası katibliyinin əməkdaşı Tatyana Mışalova, Koreya Respublikası Konstitusiya Məhkəməsinin əməkdaşı Yonq-İk Çon, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) «Azərbaycanda Məhkəmə və Hüquq İslahatları» layihəsinin rəhbəri Tomas Herman, Bremen Universitetinin professoru Rolf Kniper. 

Noyabrın 11-də konfrans iştirakçıları Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişlər. Qonaqlarla görüş zamanı demokratiyanın inkişafında Azərbaycan Respublikası Konstitusiyasının rolu barəsində fikirlər səsləndirilmişdir. Sonra isə konfrans iştirakçıları Fəxri Xiyabanda ümumilli liderimiz Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edərək əklil qoymuşlar.