ANA SƏHİFƏ » 2004-02-27 -Fərdi şikayətlərin öyrənilməsinin üsulları- mövzusuda seminar-treyninq keçirilmişdir

26-27 fevral 2004-ci il tarixlərdə Bakı şəhərində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Avropa Şurasının Venesiya Komissiyası ilə birqə "Fərdi şikayətlərin öyrənilməsinin üsulları" mövzusuda seminar-treyninq keçirmişdir. Seminarda Sloveniya Konstitusiya Məhkəməsinin Sənədləşdirmə Mərkəzinin Direktoru Arne Mavçiç, Almaniya Federativ Respublikası Konstitusiya Məhkəməsinin Baş katibi Luiza Barnştedt, Latviya Respublikası Konstitusiya Məhkəməsinin sədrinin müşaviri Dzintra Pededze, Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin hakimi Yan Kluçka, Belçika Arbitrac Məhkəməsinin katibi Rik Rikboer, Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin baş məsləhətçisi Bəxtiyar Tuzmuxamedov və Venesiya Komissiyasının koordinatoru Karolin Marten iştirak etmişdilər. Seminarda fərdi şikayətlərə baxılması təcrübəsi haqqında ətraflı müzakirələr aparılmışdır.