ANA SƏHİFƏ » 2003-11-26 Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Strasburqda səfərdə olmuşlar

24–26 noyabr 2003-cü il tarixdə Beynəlxalq əlaqələr və xarici konstitusiya nəzarəti təcrübəsinin ümumiləşdirilməsi şöbəsinin müdiri R. Quliyev, İşlər İdarəsinin Müdürü A. Hümbətov və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədrinin müşaviri İ. Abutalıbov Strasburqda keçirilmiş Avropa Birliyinin Məlumat Bazasının Qorunmasına həsr olunmuş Layihə Qrupunun 42-ci iclasında iştirak etmişdirlər. İclasda biometrik məlumatların istifadəsi ilə fərdi məlumatların qorunması layihəsi və elektron kartların istifadəsi ilə fərdi məlumatların qorunması haqqında rəhbər prinsiplərin lahiyəsi müzakirə edilmişdir.