ANA SƏHİFƏ » 2003-11-13 Fərhad Abdullayev Türkiyə Böyük Millət Məclisinin üzvü, Komissiyanın sədr müavini Atilla Koçu qəbul etmişdir

2003-cü il noyabr ayının 13-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri çənab Fərhad Abdullayev Türkiyə Böyük Millət Məclisinin üzvü, Komissiyanın sədr müavini Atilla Koçu qəbul etmişdir. Qonaq, çənab F. Abdullayevi Konstitusiya günü münasibəti ilə təbrik edərək, Türkiyənin dövlət və hüquq sahəsindəki inkişaf barədə məlumat vermişdir. Qonaq Türkiyənin konstitusiya nəzarəti orqanı olan Anayasa Məhkəməsinin fəaliyyəti, səlahiyyətləri və onun Türkiyə qanunvericiliyinin demokratikləşdirilməsində olan rolundan söhbət etmişdir. Öz növbəsində Konstiusiya Məhkəməsinin Sədri səmimi təbriklərinə görə çənab Atilla Koça təşəkkürünü bildirmiş, yeni çəmiyyətin formalaşmasında Azərbaycan Respublikasının Konstitusiyasının rolu Konstiusiya Məhkəməsinin yurisdiksiyasının Avropa standartlarına uyğun şəkildə çalışması haqqında məlumat vermişdir.

Qonaq Atilla Koçu səfərdə Qavkaz Universitetinin Rektoru çənab Erol Oral müşayyət etmişdir.