ANA SƏHİFƏ » Qanunvericilik » Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağının 19 oktyabr 2012-cı il tarixli protokolu ilə təsdiq edilmişdir

                           

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin

 

DAXİLİ  NİZAMNAMƏSİ

 

 

Bu Daxili Nizamnamə Konstitusiya Məhkəməsi təşkilinin hüquqi əsasının möhkəmləndirilməsinə və işinin səmərəliliyinin artırılmasına yönəlmişdir.

 

 

I fəsil

Ümumi müddəalar

 

Maddə 1.   Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fəaliyyətinin əsasları

 

I.       Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra "Konstitusiya Məhkəməsi" adlanacaq) Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya mühakiməsi orqanıdır.

II.      Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq açıqlıq prinsipləri əsasında qurulur.

III.     Azərbaycan Respublikasının Konstitusiyası "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid edilmiş məsələlərə məhkəmə iclaslarında yazılı prosedurla baxılır.

IV.    Ezamiyyətdə, məzuniyyətdə ya xəstə olduğu dövr istisna olmaqla, Konstitusiya Məhkəməsi hakimlərinin məhkəmə iclaslarında müəyyən edilmiş qaydada məhkəmə qərarlarının qəbulu zamanı səsvermədə iştirakı məcburidir.

V.     Konstitusiya Məhkəməsinin iclasları, bir qayda olaraq, Konstitusiya Məhkəməsinin binasında keçirilir.

VI.    Konstitusiya Məhkəməsi binasının xüsusi rejimi Konstitusiya Məhkəməsinin Sədri tərəfindən müəyyən edilir. Onun icazəsi olmadan Konstitusiya Məhkəməsi binasına baxış keçirilə və orada axtarış aparıla bilməz.

VII.   Konstitusiya Məhkəməsində kargüzarlıq mövcud qanunvericiliyə və Konstitusiya Məhkəməsinin Sədri tərəfindən təsdiq edilən "Konstitusiya Məhkəməsində kargüzarlığın aparılmasına dair" Təlimata müvafiq olaraq aparılır.

  

Maddə 2.   Hakimlərin yığıncağı.

 

I.       «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Konstitusiya Məhkəməsinin Palataları Plenumunun iclaslarında həll edilən məsələlər istisna olmaqla Konstitusiya Məhkəməsinin maliyyə planının hazırlanması, bilavasitə hakimlərə, onların statusuna şəraitinə dair, ehtiyac olduqda, məhkəmə Aparatının işinin ümumi prinsipləri üzrə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinin Sədri Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağını çağırır. Hakimlərin yığıncağı həmçinin Konstitusiya Məhkəməsi hakimlərindən hər hansı birinin təklifi ilə çağırıla bilər.

II.      Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağına Konstitusiya Məhkəməsi Aparatının işçiləri digər şəxslər dəvət oluna bilər.

III.     Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağında protokol tərtib edilə bilər.

IV.    Konstitusiya Məhkəməsi Aparatının işinin prinsipləri üzrə Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağının qərarı Konstitusiya Məhkəməsi Aparatının işçiləri üçün məcburidir və qətidir.

         

 Maddə 3.  Konstitusiya Məhkəməsi Sədrinin səlahiyyətləri

 

        I.        Konstitusiya Məhkəməsinin Sədri qanunvericiliklə ona verilmiş səlahiyyətləri icra edir, hüquq vəzifələri həyata keçirir.

II.      Konstitusiya Məhkəməsinin Sədri həmçinin:

1)      Konstitusiya Məhkəməsinin Daxili Nizanaməsinə dürüst riayət edilməsini təmin edir;

2) zərurət yarandıqda bir Palatanın hakimlərinin digər Palatanın iclaslarında iştirak etmələrini təşkil edir;    

3) zərurət yarandıqda məruzəçi-hakimin dəyişilməsini təşkil edir;

4) Konstitusiya Məhkəməsinin təqvim planını Konstitusiya Məhkəməsi hakimlərinin təsdiqinə təqdim edir;

5) özünün və ya bir, yaxud daha çox hakimlərin təşəbbüsü ilə Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar iclaslarını və ya hakimlərin yığıncaqlarını çağırır, həmin iclas və yığıncaqlarda sədrlik edir;

6) Konstitusiya Məhkəməsi hakimlərinin xidməti ezamiyyətinə razılıq verir;

7) Attestasiya komissiyasını təsdiq edir, Konstitusiya Məhkəməsinin Aparatı və İşlər İdarəsi işçilərinin attestasiyadan keçirilməsi işini, onlara ixtisas dərəcəsinin verilməsini təmin edir;

8)      Konstitusiya Məhkəməsi Aparatının İşlər İdarəsinin işçilərinin ixtisaslarının artırılması işini təşkil edir;

9)      hər ilin axırında Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağında Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında məruzə edir, eləcə Konstitusiya Məhkəməsinin hakimlərini müntəzəm olaraq öz fəaliyyəti barədə məlumatlandırır.

  

Maddə 4.   Konstitusiya Məhkəməsi Sədrinin bəyanatı

 

I.       Konstitusiya Məhkəməsinin Sədri Konstitusiya Məhkəməsi adından konstitusiya mühakimə icraatından irəli gələn məsələlərlə bağlı bəyanatla çıxış edə bilər. Konstitusiya Məhkəməsinin Sədrinə belə bəyanatla çıxış etməsinə səlahiyyət verilməsi haqqında qərardad hər hansı bir hakimin təşəbbüsü ilə hakimlərin yığıncağı tərəfindən qəbul edilir bəyanatın mətni əlavə edilməklə ayrıca sənəd kimi tərtib edilir.

II.      Konstitusiya Məhkəməsi adından bəyanat haqqında qərardad qəbul edilərkən azlıqda qalan hakimlər həmin qərardaddan narazı olmalarını aşkar bəyan etməməlidirlər.

  

Maddə 5.   Müddətlərin hesablanması

 

I.       Hüquqi nəticələrin yaranması ilə bağlı olan müddətlərin hesablanmasının başlanğıcı "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ya Konstitusiya Məhkəməsinin qərardadı ilə müəyyən olunmuş təqvim günündən sonra gələn gündən başlanır.

II.      Sutka ilə hesablanan müddətlər axırıncı sutka saat 24- başa çatır. Müddətin axırıncı günü qeyri- gününə düşürsə müddətin qurtardığı gün ondan sonra gələn günü hesab olunur.

III. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən həmin Qanunda və bu Nizamnamədə tənzimlənməyən digər prossesual məsələlər Azərbaycan Respublikasının mülki, cinayət və digər prossesual qanunvericiliyinə uyğun həll edilir.

  

 

II fəsil

Sorğu və müraciətlərin qəbul edilməsi,

işlərin hazırlanması və baxılması

üçün təyin edilməsi

 

 Maddə 6. Sorğu və müraciətlərin öyrənilməsi üçün göndərilməsi.

 

I.       Müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş sorğu və ya müraciət Konstitusiya Məhkəməsi Aparatının rəhbərinə təqdim edilir.

II.      Konstitusiya Məhkəməsi Aparatının rəhbəri, onun müavini və yaxud onların göstərişlərinə əsasən Konstitusiya Məhkəməsi Aparatının müvafiq bölməsinin rəhbəri tərəfindən sorğu və ya müraciət Konstitusiya Məhkəməsinin Sədrinə təqdim edilir.

 

Maddə 7. Şikayətlərin Konstitusiya Məhkəməsinin Aparatı tərəfindən ilkin öyrənilməsi qaydası.   

 

I.       «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə uyğun olaraq hər bir yazılı şikayət Konstitusiya Məhkəməsində qeydə alındıqdan sonra ilkin öyrənilməsi üçün bir qayda olaraq Konstitusiya Məhkəməsinin Aparatına verilir.

II.      Konstitusiya Məhkəməsinin Aparatında şikayətin ilkin öyrənilməsi 7 gün müddətində həyata keçirilir.

III.     Şikayətin ilkin öyrənilməsi nəticəsində Konstitusiya Məhkəməsi Aparatının müvafiq qurumunun rəhbəri şikayət üzrə aşağıdakı hərəkətlərdən birini edir:

1)      şikayətin Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmaması aşkar göründüyü halda şikayəti aidiyyəti üzrə baxılması üçün müvafiq dövlət orqanına göndərir və ərizəçiyə bu barədə məlumat verir;

2)      şikayətin tərtibi «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.6, 34.7 və 35-ci maddələrinin tələblərinə uyğun olmaması aşkar göründüyü halda-ərizəçiyə bu barədə müvafiq məlumat göndərərək göstərilən tələblərə riayət olunmasını təklif edir;

3)      digər hallarda şikayəti, ona qoşulmuş sənədləri və şikayətin ilkin öyrənilməsi barədə arayışı (bütün material vərəqələri nömrələnmiş və sənədləri siyahıya alınmış qaydada) Konstitusiya Məhkəməsinin Sədrinə təqdim edir.

IV.    Şikayətin ilkin öyrənilməsi barədə arayış tərtib olunaraq icraçı və Konstitusiya Məhkəməsi Aparatının qurumunun rəhbəri tərəfindən imzalanır. Arayışda aşağıdakılar göstərilməlidir:

1)      şikayətin qeydiyyat nömrəsi və Konstitusiya Məhkəməsinə daxil olduğu tarix;

2)      ərizəçinin tam adı (fiziki şəxsin adı, atasının adı və soyadı; hüquqi şəxsin tam adı);

3)      şikayətdə mübahisə olunan qanunvericilik və ya icra hakimiyyətinin normativ-hüquqi aktı, bələdiyyə və ya məhkəmə aktı barədə qısa məlumat;

4)      şikayətdə ərizəçinin qənaətinə görə pozulduğu ehtimal olunan Azərbaycan Respublikasının Konstitusiyası və ya qanunlarında nəzərdə tutulmuş hüquq və azadlıqlar barədə qısa məlumat;

5)      ərizəçinin Konstitusiya Məhkəməsinə şikayət vermək hüququnun subyekti kimi qəbul edilməsi üçün əsasın olub-olmaması;

6)      şikayət Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə aiddirsə, şikayətin baxılmasına dair «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.2 və 34.3-cü maddələrinin tələblərinə əməl olunması barədə qısa məlumat;

7)      şikayətin verilməsi üçün «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə qısa məlumat;

8)      şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilmişdirsə, bunun üçün «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu barədə qısa məlumat;

9)      şikayətin tərtibinin «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.6-cı, əsaslandırılmasının isə 34.6.7 və 34.7-ci maddələrinin tələblərinə uyğunluğu barədə qısa məlumat;

10)    arayışı tərtib edən icraçının şikayətlə bağlı digər vacib qeydləri.

V.     Bu maddənin III hissəsinin 2-ci bəndində göstərilmiş məlumatı alan ərizəçi şikayətini «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.6, 34.7 və 35-ci maddələrinin tələblərinə uyğunlaşdıraraq göstərilən Qanunun 34.4.1 və 34.4.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər həddində yenidən Konstitusiya Məhkəməsinə müraciət edə bilər.

VI.    Bu maddənin III hissəsinin 1 və ya 2-ci bəndində nəzərdə tutulmuş nəticələrlə razı olmayan ərizəçi «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlər həddində təkrar şikayət verə bilər.

  

Maddə 8.   Sorğu, müraciət və şikayətlərin Konstitusiya Məhkəməsinin hakimləri tərəfindən öyrənilməsi.

 

I.       Sorğu, müraciət, habelə şikayət və onun ilkin öyrənilməsi barədə Konstitusiya Məhkəməsi Aparatının arayışı və ya bu Daxili Nizamnamənin 7-ci maddəsinin VI hissəsinə müvafiq olaraq verilmiş təkrar şikayət Konstitusiya Məhkəməsinin Sədri tərəfindən «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulmuş qaydada Konstitusiya Məhkəməsinin Palatalarının birinə verilir. Konstitusiya Məhkəməsinin Sədri hakimlərin icraatında olan işlərin mürəkkəbliyini, həcmini və sayını nəzərə almaqla hər bir baxılacaq məsələ üzrə bir və ya bir neçə məruzəçi-hakim təyin edir.

II.      Məruzəçi-hakim sorğu, müraciət və şikayətləri aldıqdan sonra onların surətlərini Konstitusiya Məhkəməsi Palatasının tərkibində olan digər hakimlərə, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş müraciəti isə Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak edən hakimlərə təqdim edir. Konstitusiya Məhkəməsi Palatasının tərkibində olan hakimlərin, habelə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak edən hakimlərin tələbi ilə məruzəçi-hakim onlara sorğu, müraciət və şikayətlə əlaqədar bütün sənədləri və materialları təqdim edir.

III.     Sorğu, müraciət və şikayəti öyrənən məruzəçi-hakim "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsində nəzərdə tutulmuş qaydada Konstitusiya Məhkəməsi Aparatının şöbə və digər bölmələrinə tapşırıq verə bilər. Belə tapşırıq Konstitusiya Məhkəməsi Aparatının rəhbəri vasitəsilə verilir və Aparatın rəhbəri müəyyən olunmuş müddətlər çərçivəsində onların icrasını təmin edir.

IV.    Məruzəçi-hakim "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müddətlər çərçivəsində tapşırıqlarının icrası, eləcə də icraatında olan sorğu, müraciət və şikayətlərin öyrənilməsi işini təşkil və təmin edir.

          V.     Sorğu, müraciət və şikayətlərin baxılması üçün "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərin pozulmasına yol verməmək məqsədilə məruzəçi-hakim ezamiyyətdə, məzuniyyətdə, xəstə olduqda və digər səbəblər üzündən uzun müddət öz vəzifələrini icra edə bilmədikdə Konstitusiya Məhkəməsinin Sədri öz təşəbbüsü və ya məruzəçi-hakimin xahişi ilə digər məruzəçi-hakimi təyin edir.

VI.    Bu maddənin V hissəsində göstərilən əsaslarla Konstitusiya Məhkəməsinin Sədri bir Palatanın hakimlərini digər Palatanın iclaslarında iştirak etmələrini təşkil edir.

         

Maddə 9.   Daxil olmuş və öyrənilməsi üçün verilmiş sorğu, müraciət və şikayətlər haqqında hakimlərin məlumatlandırılması

 

Konstitusiya Məhkəməsinin Aparatı daxil olmuş və öyrənilməsi üçün Konstitusiya Məhkəməsi hakimlərinə verilmiş sorğu, müraciət və ya şikayətlərin reyestrini aparır və ayda bir dəfədən gec olmayaraq Konstitusiya Məhkəməsinin Sədrinə və Konstitusiya Məhkəməsinin müvafiq Palatalarının hakimlərinə təqdim edir.

 

Maddə 10. Zəruri sənəd, material və işlərin tələb edilməsi

 

I.       Sorğu, müraciət və şikayətlərin Konstitusiya Məhkəməsi Palatalarının və Plenumunun iclaslarında baxılması üçün hazırlanması zamanı «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə uyğun olaraq məruzəçi-hakim, sorğu, müraciət və şikayətlərin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilib-edilməməsi məsələsinin Konstitusiya Məhkəməsinin Palatalarında və Plenumunda baxıldığı dövrdə isə müvafiq olaraq Konstitusiya Məhkəməsinin Palataları və Plenumu zəruri olan sənədləri, materialları və işləri tələb edə bilər.

II.      Tərəflər (ərizəçilər) və maraqlı subyektlər məsələnin öyrənilməsi və Konstitusiya Məhkəməsinin Palatalarında və Plenumunda baxılması üçün hazırlanması dövründə məruzəçi-hakimə, məsələnin Konstitusiya Məhkəməsinin Palatalarında və Plenumunda baxıldığı dövrdə isə müvafiq olaraq Konstitusiya Məhkəməsinin Palatalarına və Plenumuna zəruri sənədlərin, materialların və işlərin tələb edilməsi haqqında vəsatətlə müraciət edə bilərlər.

III. Sorğu, müraciət və şikayətlərin Konstitusiya Məhkəməsinin Palatalarında və Plenumunda baxılması üçün hazırlanması dövründə zəruri sənədlərin, materialların və işlərin tələb edilməsinə dair Konstitusiya Məhkəməsinin tələbini məruzəçi-hakim, onların Konstitusiya Məhkəməsinin icraatına qəbul edilib-edilməməsi məsələsinin Konstitusiya Məhkəməsinin Palatalarında və Plenumunda baxıldığı dövrdə isə məhkəmə iclaslarına sədrlik edən imzalayır.

  

Maddə 11. Ekspert və mütəxəssisin dəvət edilməsi

        

I.       Sorğu, müraciət və ya şikayətlərin Konstitusiya Məhkəməsinin Palatalarında və Plenumunda baxışa hazırlanması zamanı məruzəçi-hakim öz təşəbbüsü və ya tərəflərin (ərizəçilərin), yaxud maraqlı subyektlərin xahişi ilə, onların Konstitusiya Məhkəməsin icraatına qəbul edilib-edilməməsi məsələsinin Konstitusiya Məhkəməsi Palatalarının və Plenumunun iclaslarında baxıldığı dövrdə isə müvafiq olaraq Konstitusiya Məhkəməsinin Palataları və Plenumu ekspert dəvət etmək hüququna malikdirlər.

II. Məsləhətləşmələr, yoxlamalar aparmaq, ayrı-ayrı sənədləri təhqiq etmək üçün məruzəçi-hakim və Konstitusiya Məhkəməsinin Palataları və Plenumu işin nəticəsində marağı olmayan hər hansı mütəxəssisi (mütəxəssisləri) dəvət edə bilərlər.

  

III fəsil 

Konstitusiya Məhkəməsinin Palataları və Plenumu tərəfindən sorğu, müraciət və şikayətlərin icraata qəbul edilməsi məsələsinə baxılması və işlərin baxılmaq üçün təyin edilməsi.

  

Maddə 12. Sorğu, müraciət və şikayətlərin icraata qəbul edilməsi

 

I.       Konstitusiya Məhkəməsi Palatalarının iclaslarına hazırlıq mərhələsi başa çatdıqdan sonra Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III-VII hissələrində və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 32-34-cü maddələrində nəzərdə tutulmuş sorğu, müraciət və şikayətlərin icraata qəbul edilməsi və ya onların icraata qəbul edilməsindən imtina edilməsi məsələsinin həlli Konstitusiya Məhkəməsi Palatalarının, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş müraciət üzrə məsələnin həlli isə Konstitusiya Məhkəməsi Plenumunun iclaslarına çıxarılır.

II.      Sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsi haqqında tərəflər (ərizəçilər) və ya maraqlı subyektlər Konstitusiya Məhkəməsi Palatalarının və Plenumunun iclaslarının yeri və vaxtı barədə əvvəlcədən xəbərdar edilə bilərlər.

III.     Sorğu, müraciət və ya şikayətlərin icraata qəbul edilməsi və ya onların icraata qəbul edilməsindən imtina edilməsinə dair Konstitusiya Məhkəməsi Palatalarının iclaslarında yalnız müvafiq Palatanın hakimləri iştirak edir. Palataların hakimləri növbə üzrə Palataların iclaslarında sədrlik edirlər. Zəruri hallarda Konstitusiya Məhkəməsi Palatalarının iclaslarına tərəflər (ərizəçilər), maraqlı subyektlər və digər şəxslər dəvət oluna bilər. Konstitusiya Məhkəməsi Palatalarının iclaslarında protokol aparılır.

IV.    «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş müraciət üzrə Plenumun iclasında azı 6 hakim iştirak etdikdə səlahiyyətlidir. Konstitusiya Məhkəməsi Plenumunun iclası bü maddənin bu Nizamnamənin 12-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq keçirilir.

V.     «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddətlər bu Qanunun 47.1-ci maddəsində göstərilən hallarda Konstitusiya Məhkəməsinin Palatasının və Plenumunun qərardadı ilə uzadıla bilər.

VI.    Konstitusiya Məhkəməsinin Palataları və Plenumu tərəfindən hər bir sorğu, müraciət və ya şikayət üzrə onların icraata qəbul edilməsi və ya icraata qəbul edilməsindən imtina edilməsi barədə ayrı-ayrılıqda qərardad çıxarılır və həmin qərardad Konstitusiya Məhkəməsinin iclas protokolunda əks etdirilir. Sorğu, müraciət və ya şikayətlər üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Palatalarının və Plenumunun qərardadları əsaslandırılmış olmalıdır.

VII. Məruzəçi-hakimin sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsinə dair təklifi qəbul edilmədikdə, o, aparılmış müzakirələr əsasında sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə Konstitusiya Məhkəməsinin qərardadının mətnini hazırlayır. Sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsindən imtina edilməsinin əsasları məruzəçi-hakimə tam aydın olmadıqda onun xahişi ilə belə qərardada səs vermiş hakimlər öz dəlillərini yazılı şəkildə tərtib edərək məruzəçi-hakimə təqdim edirlər.

VIII.  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 37.0.1, 37.0.2 və 37.0.5-ci maddələrində nəzərdə tutulmuş hallarla şikayətin Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilməsi haqqında qərardad qəbul edildikdən sonra eyni ərizəçi tərəfindən Qanunun 34.4.1 və 34.4.2-ci maddələrində müəyyən edilmiş müddətlər həddində verilən şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasına göndərilir. Ərizəçi eyni predmet üzrə verilən yeni şikayətin əsaslarını dəyişdirmədikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası tərəfindən şikayətin Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilməsi haqqında qərardad qəbul edilir və bundan sonra ərizəçi ilə yazışmalar dayandırılır.

  

Maddə 13. Sorğu, müraciət və şikayətlər üzrə qəbul olunmuş qərardadların tərəflərə (ərizəçilərə) və maraqlı subyektlərə göndərilməsi.

 

I. Sorğu, müraciət və şikayətlərin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunmasına dair Konstitusiya Məhkəməsi Palatalarının və Plenumunun qərardadları tərəflərə (ərizəçilərə) və ya maraqlı subyektlərə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52.2, 58.1 60.2-ci maddələrində göstərilən müddətlərdə göndərilir.

II. Sorğu, müraciət və şikayətlərin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsinə dair qərardadlarla birlikdə tərəflərə sorğu və ya şikayət, maraqlı subyektlərə isə başqa növ sənədlər də göndərilməklə məsələyə dair yazılı mülahizələrinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi onlardan xahiş edilir.

  

Maddə 14. Konstitusiya işinin tərtibi

 

I.       Sorğu, müraciət və ya şikayətlə bağlı olan bütün sənədlər məruzəçi-hakimdə saxlanılır.

II.      Məsələ Konstitusiya Məhkəməsinin gündəliyinə daxil edildikdən sonra sorğu, müraciət və ya şikayətin ilkin nüsxələri, onlara əlavə edilmiş bütün sənədlər, sorğu, müraciət və ya şikayətlə bağlı daxil olmuş rəylər, məruzəçi-hakim tərəfindən göndərilmiş tələb və sorğuların surətləri, sorğulara verilmiş cavablar, ekspert və mütəxəssislərin rəyi, eləcə də işin Konstitusiya Məhkəməsi Plenumunun iclasına hazırlıq mərhələsində alınmış əlavə sənədlər Konstitusiya Məhkəməsi Plenumunun iclası başlamazdan əvvəl konstitusiya işinin tərtib edilməsi və bütün sənədlərin məruzəçi-hakimə qaytarılması üçün Konstitusiya Məhkəməsi Aparatının müvafiq bölməsinə göndərilir.

III. Konstitusiya Məhkəməsində baxılan işlərin materialları digər məhkəmələrə və təşkilatlara verilmir.

 

Maddə 15. Konstitusiya işinin Konstitusiya Məhkəməsinin Plenumunda baxılmaq üçün təyin edilməsi

 

I.       Konstitusiya işinə Konstitusiya Məhkəməsi Plenumunda baxılmanın vaxtını və tarixini Konstitusiya Məhkəməsinin Sədri təyin edir.

II.      Konstitusiya Məhkəməsinin Sədri konstitusiya işlərinə Konstitusiya Məhkəməsi Plenumunda baxılmanın növbəliyini müəyyən edərkən sorğu, müraciət və şikayətlərin daxil olması ardıcıllığını nəzərə alır. Təxirə-salınmaz hallarda Konstitusiya Məhkəməsinin Sədri işlərə baxılmanın növbəliyini dəyişdirə bilər.

  

Maddə 16. Konstitusiya Məhkəməsi Plenumunun iclası haqqında bildiriş

 

I.       Konstitusiya Məhkəməsi Plenumunun iclası haqqında bildiriş tərəflərə (ərizəçilərə) və maraqlı subyektlərə əvvəlcədən göndərilir. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq tərəflər (ərizəçilər) və maraqlı subyektlər işin materialları ilə tanış ola bilərlər.

II.      Azərbaycan Respublikası Konstitusiyasının şərhinə dair işlər üzrə Konstitusiya Məhkəməsi Plenumunun iclası haqqında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsində göstərilən subyektlərlə yanaşı digər dövlət orqanları və vəzifəli şəxslər də xəbərdar oluna bilərlər. Həmin dövlət orqanlarının nümayəndələri, vəzifəli şəxslər və ya onların nümayəndələri Konstitusiya Məhkəməsi Plenumunun iclasında dinlənilə bilərlər.

 

Maddə 17. İşlərin birləşdirilməsi

 

I. Konstitusiya Məhkəməsi eyni predmetə aid olan sorğu, müraciətləri və şikayətləri bir icraatda birləşdirə bilər.

II. Konstitusiya işlərinin bir icraatda birləşdirilməsi məsələsi işə mahiyyəti üzrə baxılmasından əvvəl Konstitusiya Məhkəməsinin Plenumunun iclasında həll edilir və bu barədə protokolda müvafiq qeydlər aparılmaqla qərardad qəbul olunur. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.0.7-ci maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin Sədri məsələ üzrə bir və ya bir neçə məruzəçi-hakim təyin edir.

 

Maddə 18. İcraata qəbul edilmiş sorğu, müraciət və şikayətlər üzrə baxılmağa təyin edilmiş konstitusiya işləri haqqında məlumat

 

I.       Konstitusiya Məhkəməsinin Palataları tərəfindən icraata qəbul edilmiş sorğu, müraciət və şikayətlərin eləcə də baxılmağa təyin olunmuş işlərin reyestri hər ay Konstitusiya Məhkəməsinin Aparatı tərəfindən Konstitusiya Məhkəməsinin bütün hakimlərinə göndərilir.

II.      Konstitusiya Məhkəməsinin mətbuat xidməti bir qayda olaraq konstitusiya işlərinin baxılmağa təyin olunması və onların baxılma tarixi və vaxtı haqqında kütləvi informasiya vasitələrinə məlumat verir.

 

 

IV fəsil

Konstitusiya Məhkəməsi Plenumunun iclaslarının

keçirilməsi

 

Maddə 19. Məhkəmə iclasların keçirilməsinin vaxtı

 

I.      Konstitusiya Məhkəməsi Plenumunun iclasları şənbə, bazar və bayram günləri istisna olunmaqla həftənin hər hansı bir günündə keçirilə bilər. Məhkəmə iclasları bir qayda olaraq səhər saat 11-dən – 13-dək, gündüz isə saat 15-dən – 17-dək keçirilir. Göstərilən saatlarda konstitusiya işinin baxılması qurtarmadıqda Konstitusiya Məhkəməsi Plenumunun iclasında onun baxılması qarşıdan gələn növbəti iş günündə davam etdirilir.

II.      «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 57-58-ci maddələrində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar iclasları keçirilir. Belə iclaslar bu maddənin birinci hissəsində nəzərdə tutulmuş saatlarda şənbə və bazar günlərində də keçirilə bilər.

        

Maddə 20. Məhkəmənin açıq iclaslarında iştirak etmək arzusunda olan şəxslərin iclas zalına buraxılması qaydası

 

I.       Konstitusiya Məhkəməsi Plenumunun açıq iclaslarında iştirak etmək arzusunda olan şəxslər iclas zalına boş yerlər nəzərə alınmaqla işin baxılmasına başlanılmazdan əvvəl və ya fasilə vaxtı buraxılırlar.

II.      Konstitusiya Məhkəməsində akkreditasiya olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri məhkəmə iclası zalına akkreditasiya vəsiqələri üzrə, digər jurnalistlər isə Konstitusiya Məhkəməsinin iclas zalında boş yerlər nəzərə alınmaqla buraxılırlar.

 

Maddə 21. Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında prosedur və etiketin bəzi qaydaları

 

I.       Konstitusiya Məhkəməsinin hakimləri məhkəmə iclası zalına daxil olduqda məhkəmə iclasının katibi: "Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gəlir, xahiş edirəm ayağa qalxın." sözlərini elan edir. Konstitusiya Məhkəməsinin hakimləri iclas zalına daxil olduqda, eləcə də oradan çıxdıqda zalda olan şəxslər ayağa qalxırlar.

II.      Konstitusiya məhkəmə icraatının tərəfləri (ərizəçiləri), xüsusi konstitusiya icraatında maraqlı subyektlər, eləcə də digər şəxslər yalnız sədrlik edən tərəfindən onlara söz verildikdən sonra ayaq üstə çıxış edir, izahat verir. Zəruri hallarda sədrlik edənin icazəsi ilə onlara oturduqları yerdən çıxış etmək, izahat vermək və suallara cavab vermək imkanı yaradıla bilər.

III.     Hər hansı şəxs Konstitusiya Məhkəməsinə və ya onun hakimlərinə müraciət etdikdə onların yüksək statusuna uyğun olan "Möhtərəm məhkəmə", "Möhtərəm hakimlər" kimi müraciət formalarından istifadə etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun iclasında konstitusiya icraatında iştirak edən şəxslərə müraciət edildikdə isə həmin şəxslərin tutduğu vəzifədən və ya soyadından əvvəl "Hörmətli" sözü əlavə olunmalıdır.

IV.    Məhkəmə iclasının gedişində sədrlik edən "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində Konstitusiya Məhkəməsinin hakiminə verilmiş səlahiyyətləri məhdudlaşdırmaqda haqlı deyildir. Konstitusiya Məhkəməsinin hakimləri məhkəmə iclasının gedişində özlərinin şərh və replikaları ilə tərəflərin (ərizəçinin), maraqlı subyektlərin izahatını, ekspert və şahidlərin ifadələrini, digər hakimlərin suallarını, sədrlik edənin göstəriş və sərəncamlarını kəsməməlidirlər.

V. Məhkəmə iclası zalında olan şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri Konstitusiya Məhkəməsinə, konstitusiya məhkəmə icraatının tərəflərinə, xüsusi konstitusiya məhkəmə icraatında maraqlı subyektlərə, digər şəxslərə və bir-birinə qarşı hörmətlə davranmalı, məhkəmə iclası zalında müəyyən olunmuş qaydaya riayət edilməsi haqqında sədrlik edənin sərəncamlarına tabe olmalı, baxılan konstitusiya işinə aid olmayan yönəldici xarakter daşıyan sualların verilməsinə, Konstitusiya Məhkəməsinin iclası zamanı zalda gediş-gəlişə, söhbətlərə yol verməməli, iclasın gedişinə hər hansı bir maneə yaratmamalıdırlar.

  

Maddə 22. Konstitusiya Məhkəməsi Plenumunun iclasının proseduru

          

I. Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edən iclasın səlahiyyətli olduğunu yəgin etdikdən sonra iclası açır və baxılacaq işi elan edir.

II. Sədrlik edən tərəflərin (ərizəçinin), maraqlı subyektlərin və işə cəlb olunan digər şəxslərin (ekspert, mütəxəssis, şahid, tərcüməçi və s.) məhkəməyə gəlməsi və iştirak etməyənlərin gəlməməsinin səbəbləri haqqında məlumat vermək üçün məhkəmə iclasının katibinə söz verir.

III. Sədrlik edən konstitusiya işinin adını, habelə Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak edən tərkibi, məhkəmə iclasının katibini, tərəfləri (ərizəçini), maraqlı subyektləri, onların nümayəndələrini elan edir və lazım gəldikdə onların səlahiyyətlərini yoxlayır.

IV. Sədrlik edən konstitusiya işinə baxılmasında iştirak edən şəxslərin hər birinə onların hüquq və vəzifələrini izah edir.

Konstitusiya işinə baxılmasında iştirak edən şəxs Konstitusiya Məhkəməsi Plenumunun iclasına gəlmədikdə Konstitusiya Məhkəməsinin Plenumu gəlməyən şəxsin iştrakı olmadan işə baxmağın mümkünlüyü haqqında tərəfin (ərizəçinin), maraqlı subyektin mülahizələrini dinləyir və məhkəmə baxışını davam etdirmək və ya işə baxılmasını başqa vaxta keçirmək haqqında qərardad çıxarır.

V.      Sədrlik edən tərəflərə (ərizəçilərə) və ya maraqlı subyektlərə məhkəmə iclasında iştirak edən hakimlərə etiraz etmək hüququnu və etiraz etmək üçün «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsində nəzərdə tutulmuş əsasları izah edir.

VI.    Konstitusiya işinə mahiyyəti üzrə baxılması məruzəçi-hakimin çıxışı ilə başlanır.

VII.   Məruzəçi-hakimin çıxışından sonra çıxış üçün söz tərəflərə (ərizəçiyə) və ya maraqlı subyektlərə verilir. Birinci sorğu verən (ərizəçi) və ya maraqlı subyekt çıxış edir.

Tərəflərin (ərizəçinin) və ya maraqlı subyektlərin çıxışından sonra sədrlik edən hakimlərə çıxış etmiş tərəfə (ərizəçiyə) sual vermək imkanı yaradır. Bundan sonra sual vermək imkanı başqa tərəfə verilir.

VIII.  Zəruri hallarda məhkəməyə dəvət olunan şəxslər (şahidlər, ekspertlər, mütəxəssislər və s.) dinlənilir, habelə konstitusiya işinə qoşulmuş və ya məhkəmə iclasında məhkəməyə təqdim olunmuş sənədlər elan edilir.

IX.    İclasın gedişində sədrlik edən fasilə elan edə bilər. İşi bir iş günü ərzində başa çatdırmaq mümkün olmadıqda, sədrlik edən Konstitusiya Məhkəməsi Plenumunun iclasında fasilə elan edir və iclasın yenidən başlanması vaxtı haqqında məlumat verir.

X.      Tərəflər ( ərizəçilər) və ya maraqlı subyektlər yekun çıxışı edə bilərlər.

XI.    Konstitusiya Məhkəməsi Plenumunda işin baxılması müşavirə otağına getmək barədə qərar qəbul edilməsi və sədrlik edənin Konstitusiya Məhkəməsi aktının nə zaman elan olunacağı barədə məlumatı ilə bitir.

XII.   Müşavirə otağından qayıtdıqdan sonra məhkəmə iclasında sədrlik edən və ya məruzəçi-hakim Konstitusiya Məhkəməsi Plenumunun qərarını və ya qərardadını elan edir.

XIII.  Məhkəmə iclas katibi Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə hissəsi elan edilməmişdən əvvəl məhkəmə iclas zalında olan şəxsləri ayağa qalxmağa dəvət edir.

  

Maddə 23. Konstitusiya Məhkəməsi Plenumunun iclaslarına sədrlik edən

 

I.       Konstitusiya Məhkəməsi Plenumunun iclasına Konstitusiya Məhkəməsinin Sədri, o olmadıqda və yaxud onun tapşırığı ilə Konstitusiya Məhkəməsi Sədrinin müavini, o olmadıqda isə, Konstitusiya Məhkəməsinin yaşça ən böyük hakimi sədrlik edir.

II.      Məruzəçi-hakim Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edə bilməz.

  

Maddə 24. Hakimə etiraz və özü-özünə etiraz etmənin qaydası

 

I.       «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla tərəflər (ərizəçilər) və ya maraqlı subyektlər məhkəmə iclasının istənilən mərhələsində hakimə etiraz və yaxud hakim özü- özünə etiraz edə bilər.

II.      Konstitusiya Məhkəməsinin hakiminə etiraz edildikdə və ya hakim özü- özünə etiraz etdikdə sədrlik edən «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 47.1.4-cü maddəsinə uyğun olaraq məhkəmə iclasını təxirə salır və həmin məsələyə müşavirə otağında baxılır. Barəsində etiraz verilən hakimə etiraza dair öz mövqeyini bildirmək imkanı yaradılmalıdır. «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 46.3 və 68.1-ci maddələrinə uyğun olaraq açıq səsvermə yolu ilə qəbul edilmiş qərar məhkəmə iclasında sədrlik edən tərəfindən elan edilir.

III.     Eyni əsaslarla hakimə təkrar etirazın edilməsi yolverilməzdir.

IV.    Konstitusiya Məhkəməsinin hakimi barəsində etiraz təmin edildikdə işin baxılmasından kənarlaşdırılmış hakimin iştirakı olmadan məhkəmə baxışı təxirə salındığı andan davam etdirilir.

         V.      Məruzəçi-hakim barəsində verilmiş etiraz təmin edildikdə Konstitusiya Məhkəməsinin Sədri iş üzrə yeni məruzəçi-hakimi təyin edir. Bu halda təxirə salınan iş üzrə iclas əvvəldən başlanılır.

  

Maddə 25. Tərcüməçi

 

I.       "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə müvafiq olaraq işdə iştirak edən, lakin azərbaycan dilini bilməyən şəxslərə Konstitusiya Məhkəməsinin Plenumu tərəflərin və ya onların nümayəndələrinin vəsatəti ilə və ya şəxsi təşəbbüsü ilə mənkəmə islasında tərcüməçinin iştirakını təmin edir.

II.      Sədrlik edən məhkəmə iclasında iştirak etməzdən əvvəl tərcüməçinin şəxsiyyətini (adını, soyadını, atasının adını, təvəllüdünü, təhsilini, iş və ya yaşayış yerini) müəyyən edir, ona işdə iştirak edən, lakin azərbaycan dilini bilməyən şəxslər üçün ifadələrin, iclasda səslənən sənədlərin, sədrlik edənin sərəncamlarının və Konstitusiya Məhkəməsi Plenumunun qərardadlarının məzmununu dəqiq və dolğun tərcümə etmək vəzifəsini izah edir, habelə məhkəmə iclasının protokolunda qeyd olunmaqla ona bilə-bilə yanlış tərcüməyə görə məsuliyyət haqqında xəbərdarlıq edir.

III.     Tərcüməçi məhkəmə iclasında tərcüməyə başlamazdan əvvəl Konstitusiya Məhkəməsinin Plenumu qarşısında aşağıdakı məzmunda and içir və onun mətnini imzalayır: «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinin təmin edilməsinə, tərcüməni dəqiq və dolğur şəkildə aparılmasına and içirəm». Tərcüməçi tərəfindən imzalanmış andın mətni konstitusiya işinin materiallarına əlavə edilir.

 

Maddə 26. Məruzəçi-hakimin çıxışı

 

I.       Məruzəçi-hakim çıxışında baxılan məsələnin mahiyyətini izah edir, konstitusiya işinin hallarını təhlil edir, konstitusiya işində olan sənədlərin qısa məzmunu və məsələnin hazırlanması üçün görülən tədbirlər haqqında məlumat verir.

II.      Məruzəçi-hakim çıxışında konstitusiya işinin müqəddəratı haqqında fikir söyləməməlidir.

III.     Konstitusiya Məhkəməsinin hakimləri məruzəçi-hakimə suallar verə bilərlər.

 

Maddə 27. Konstitusiya məhkəmə icraatı zamanı tərəflərin çıxışı

 

I.       Sorğuverən və ya ərizəçi çıxışında məsələnin mahiyyətini izah edir, mövqeyini əsaslandırmaq üçün sübutları təqdim edir.

II.      Cavabverən çıxışında sorğu və ya şikayətlə bağlı öz mövqeyini bildirir, mövqeyini əsaslandırmaq üçün sübutları təqdim edir.

III. Tərəfləri bir neçə nümayəndə təmsil etdikdə bütün nümayəndələr çıxış edə bilərlər.

 

Maddə 28. Xüsusi konstitusiya icraatı zamanı maraqlı subyektlərin çıxışı

 

I.       Azərbaycan Respublikasının Konstitusiyası ilə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş orqanın nümayəndəsi çıxışında sorğu və ya müraciətinin səbəblərini izah edir və Konstitusiya Məhkəməsi Plenumuna sorğu və ya müraciətlə əlaqədar xahişini bildirir.

II.      Bu cür sorğu və ya müraciətlər əsasında mənafelərinə toxunulan orqanların nümayəndələri və ya mənafelərinə toxunulan şəxslərin özləri, yaxud nümayəndələri xüsusi konstitusiya icraatında iştirak etdikdə öz çıxışlarında sorğu və ya müraciətlə bağlı mövqelərini bildirir və əsaslandırırlar.

III.     Maraqlı subyektləri bir neçə nümayəndə təmsil etdikdə bütün nümayəndələr çıxış edə bilərlər.

        

Maddə 29. Ekspertlərin dinlənilməsi

 

I.       Məhkəmə iclasında çıxışdan əvvəl sədrlik edən, ekspert qismində cəlb edilmiş şəxsin şəxsiyyətini (adı, soyadı, atasının adı, iş yeri, təhsili, elmi dərəcəsi, xüsusi və fəxri adları) müəyyən edir, ona "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsində sadalanan ekspertin hüquq və vəzifələrini izah edir, habelə məhkəmə iclasının protokolunda qeyd olunmaqla, ona bilə-bilə yalan rəy verməyə görə məssuliyyət haqqında xəbərdarlıq edir.

II.      Ekspert Konstitusiya Məhkəməsi qarşısında aşağıdakı məzmunda and içir və onun mətnini imzalayır:"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin tələblərinə riayət edilməsinə və ixtisas biliklərimə əsaslanaraq obyektiv rəy verməyimə and içirəm ". Ekspert tərəfindən imzalanmış andın mətni konstitusiya işinin materiallarına əlavə edilir.

III.     Ekspertlərin dinlənilməsi sorğuverənin ekspertlərinin və ya Azərbaycan Respublikasının Konstitusiyası ilə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş subyektin ekspertlərinin dinlənilməsi ilə başlanır, bundan sonra cavabverənin ekspertləri və ya Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsinə edilmiş müraciət əsasında mənafelərinə toxunulan subyektin ekspertləri və axırda Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə çağırılmış ekspertlər dinlənilir.

IV.     Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edən hər bir ekspertə konstitusiya işinə dair rəyini Konstitusiya Məhkəməsi Plenumuna söyləməyi təklif edir. Ekspertin çıxışından sonra ona suallar verilə bilər. Ekspertə birinci olaraq sorğuverən və ya Azərbaycan Respublikasının Konstitusiyası ilə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş subyekt, sonra isə cavabverən və ya Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsinə edilmiş müraciət əsasında mənafelərinə toxunulan subyektlər sual verirlər.

V.      Konstitusiya Məhkəməsinin hakimləri ekspertlərin dinlənilməsindən sonra onlara suallar verə bilərlər.

 

Maddə 30. Ekspertin rəyi

 

I.       Ekspertin rəyi yazılı şəkildə təqdim edilir. Rəydə ekspertin adı, təhsili, ixtisası və elmi dərəcəsi, baxılan konstitusiya işinin adı, Konstitusiya Məhkəməsinin qərardadında ekspert qarşısında qoyulmuş sualların cavabları və müəyyən olunmuş qaydada rəyin mətninin altında ekspertin imzası daxil olmaqla ekspert haqqında məlumatlar əks etdirilir.

II.      Ekspertizanın aparılması ekspertlər qrupuna həvalə edildikdə razılaşdırılmış rəyi bütün ekspertlər imzalayır. Ekspertlər arasında fikir müxtəlifliyi olduqda onların hər biri şəxsi rəyini tərtib edir.

         III.     Konstitusiya Məhkəməsinin Plenumu ekspert tərəfindən verilmiş rəyin tam olmadığı və ya aydın olmadığı qənaətinə gəldikdə, iş üzrə əlavə və ya təkrar ekspertizanın keçirilməsinə dair qərardad qəbul edə bilər. Əlavə ekspertiza həmin və ya başqa ekspertə, təkrar ekspertiza isə başqa ekspertə (ekspertlərə) həvalə olunur.

 

Maddə 31. Mütəxəssis

 

I. İşə baxılarkən mənkəməyə kömək etmək üçün zəruri bilik və düşüncəyə malik olan, şəxsi marağı olmayan şəxs Konstitusiya Mənkəməsinin təşəbbüsü və ya tərəflərin vəsətətinə əsasən mənkəmə islasına mütəxəssis qismində çağırıla bilər.

II. Mütəxəssis qismində çağırılmış şəxs Konstitusiya Məhkəməsinə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahı və yazılı məsləhətlər və izahatlar verməyə borcludur.

         III. Mütəxəssisin yazılı formada verdiyi məsləhət və ya izahat mənkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. Mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir.

                 

Maddə 32. Mütəxəssisin dinlənilməsi və mütəxəssisin rəyi.

 

I. Mütəxəssisin dinlənilməsi bu Nizamnamənin ekspertin dinlənilməsini nəzərdə tutan 29-cu maddəsinin qaydalarına uyğun olaraq həyata keçirilir.

II. Mütəxəssisin arayışı bu Nizamnamənin ekspertin rəyini nəzərdə tutan 29-cu maddəsinin tələblərinə cavab verməlidir.

 

Maddə 33. Məhkəmə iclasında şahidlərin iştirakı

 

I. Konstitusiya işinə baxılmasında iştirak edən şahidlər dinlənilənədək Konstitusiya Məhkəməsinin iclas zalından çıxarılırlar.

II.      Konstitusiya Məhkəməsi Plenumunun iclasında şahidin ifadəsi dinlənilməzdən əvvəl sədrlik edən onun şəxsiyyətini (adını, soyadını, atasının adını, təvəllüdünü, yaşayış yerini) müəyyən edir, ona «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin müddəalarını izah edir və məhkəmə iclasının protokolunda qeyd olunmaqla ona bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət haqqında xəbərdarlıq edir.

III.     Şahid Konstitusiya Məhkəməsinin Plenumu qarşısında aşağıdakı məzmunda and içir və onun mətnini imzalayır: «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə riayət edilməsinə, məhkəmə qarşısında yalnız və yalnız həqiqəti söyləməyə and içirəm. Şahid tərəfindən imzalanmış andın mətni konstitusiya işinin materiallarına əlavə edilir.

IV.     Şahidlərin dinlənilməsi sorğuverənin şahidlərinin və ya Azərbaycan Respublikasının Konstitusiyası ilə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş subyektin şahidlərinin dinlənilməsi ilə başlanır, bundan sonra cavabverənin şahidləri və ya Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsinə edilmiş müraciət əsasında mənafelərinə toxunulan subyektin şahidləri və axırda Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə çağırılmış şahidlər dinlənilir.

V.      Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edən hər bir şahidə konstitusiya işi üzrə bildiyi məlumatları Konstitusiya Məhkəməsi Plenumuna söyləməyi təklif edir. Şahidin çıxışından sonra ona suallar verilə bilər. Şahidə birinci olaraq sorğuverən və ya Azərbaycan Respublikasının Konstitusiyası ilə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş subyekt, sonra isə cavabverən və ya Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsinə edilmiş müraciət əsasında mənafelərinə toxunulan subyekt suallar verirlər.

VI.    Konstitusiya Məhkəməsinin hakimləri şahidlərin dinlənildiyi hər bir vaxt onlara suallar verə bilərlər.

 

Maddə 34. Sənədlərin elan edilməsi

 

I.       Konstitusiya işinə qoşulmuş və ya məhkəmə iclasında təqdim olunmuş sənədlər Konstitusiya Məhkəməsi Plenumunun iclasında elan edilir. Bundan sonra sənədlərin elan edilməsi ilə bağlı tərəflər və ya maraqlı subyektlər izahat verə bilərlər.

II.      Konstitusiya Məhkəməsi Plenumunun iclasında təqdim olunmuş sənədlər konstitusiya işinə Konstitusiya Məhkəməsi Plenumunun protokol qərardadına əsasən qoşulur.

 

Maddə 35. Vəsatətlərin həlli

 

I.       Konstitusiya işinə baxılarkən tərəflər, maraqlı subyektlər və ekspertlər Konstitusiya Məhkəməsi Plenumuna yazılı və ya şifahi vəsatətlər verə bilərlər.

II.      Yazılı verilmiş vəsatətləri Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edənin tapşırığı ilə məhkəmə iclasının katibi elan edir və konstitusiya işinə qoşur.

III.     Vəsatət həmin iclasda Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi qərardadlarla təmin edilir və ya rədd olunur.

 

Maddə 36. Hökumətlərarası mübahisəli müqavilələrin qüvvəsinin və ya qüvvəyə minmə prosesinin dayandırılması haqqında KonstitusiyaMəhkəməsi Plenumunun təklifi

 

I.       Konstitusiya işinin baxılması yekunlaşmazdan əvvəl Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikasının hökumətlərarası mübahisəli müqavilələrinin qüvvəsinin və ya qüvvəyə minmə prosesinin dayandırılması təklifi ilə çıxış edə bilər.

II.      Bu halda Konstitusiya Məhkəməsinin Plenumu müəyyən olunmuş qaydada müvafiq qərardad çıxararaq onu Azərbaycan Respublikasının Prezidentinə göndərir.

 

Maddə 37. Tərəflərin və maraqlı subyektlərin yekun çıxışları

 

I.       Konstitusiya məhkəmə icraatı zamanı tərəflər Konstitusiya Məhkəməsi Plenumunun iclasında baxılan konstitusiya işinin həlli ilə əlaqədar yoxlanılan materialların və sübutların təhlilini, onların hüquqi qiymətini, baxılan işin həlli üçün əhəmiyyətini, habelə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qərar çıxarılarkən nəzərə almalı olunan məsələlərlə əlaqədar yekun çıxışı edə bilərlər.

II.      Konstitusiya Məhkəməsinin Plenumu tərəflərə yekun çıxışına hazırlaşmaq üçün vaxt verə bilər.

III.     Xüsusi konstitusiya icraatı zamanı maraqlı subyektlər Konstitusiya Məhkəməsi Plenumunun iclasında baxılan konstitusiya işinin həllinə, Konstitusiya Məhkəməsinin Plenumu qərar çıxararkən nəzərə almalı olduğu məsələlərə dair yekun çıxışı edə bilərlər.

IV.     Tərəflərin və ya maraqlı subyektlərin yekun çıxışlarından sonra Konstitusiya Məhkəməsinin Plenumu müşavirə otağına getmək haqqında qərardad çıxarır.

V.      Əgər tərəflərin və ya maraqlı subyektlərin yekun çıxışlarından sonra konstitusiya işi üzrə tədqiqatın tam və hərtərəfli aparılmadığı aşkar olunarsa, Konstitusiya Məhkəməsinin Plenumu “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 48.2-ci maddəsinə uyğun olaraq işə baxılmasının təzələnməsi haqqında qərardad çıxara bilər.

 

Maddə 38. Məhkəmə iclasının protokolu

 

I.       Konstitusiya Məhkəməsi Plenumunun bütün iclaslarında protokol aparılır. Protokolun dəqiq və dolğun olması üçün məhkəmə iclaslarında stenoqram aparıla bilər.

II.      Konstitusiya Məhkəməsi Plenumunun qapalı iclaslarını məhkəmə iclasının katibi protokollaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu iclasın məhkəmə iclası katibinin iştirakı olmadan aparılması barədə qərar qəbul etdikdə belə iclasın protokolu Konstitusiya Məhkəməsi Sədrinin göstərişi ilə Konstitusiya Məhkəməsinin hakimlərindən biri tərtib edir.

III.     Qapalı iclasın protokolu ilə yalnız Konstitusiya Məhkəməsinin hakimləri tanış ola bilərlər. Məhkəmə iclasında iştirak etmiş hakim həmin iclasın protokoluna dair öz qeydlərini verə bilər.

IV.     Məhkəmə iclasının protokolunda aşağıdakılar göstərilməlidir:

1)      Konstitusiya Məhkəməsi Plenumunun iclasının keçirildiyi tarix;

2)      Konstitusiya Məhkəməsi Plenumunun iclasının keçirildiyi yer;

3)      Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edənin adı, atasının adı, soyadı;

4)      Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak edən Konstitusiya Məhkəməsi hakimlərinin adı, atasının adı, soyadı;

5)      Konstitusiya Məhkəməsi Plenumunun iclasının məhkəmə iclas katibinin adı, atasının adı, soyadı;

6)      Konstitusiya Məhkəməsi Plenumunun iclasının gündəliyi;

7)      Konstitusiya işinə baxılmasında iştirak edən tərəflər, maraqlı subyektlər və onların nümayəndələri haqqında məlumat;

8)      Konstitusiya işinə baxılmasında iştirak edən tərəflərin, maraqlı subyektlərin, şahidlərin, ekspertlərin gəlməsi haqqında məlumat;

9)      Konstitusiya Məhkəməsi Plenumunun hərəkətləri haqqında onların həyata keçirildiyi ardıcılıqla məlumat;

10)    Məruzəçi-hakimin çıxışı, tərəflərin, maraqlı subyektlərin çıxışları və vəsatətləri, onlara verilən suallar və suallara cavablar;

11)    Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edənin sərəncamları və Konstitusiya Məhkəməsinin çıxardığı qərardadlar;

12)    Şahidlərin, ekspertlərin və mütəxəsisslərin çıxışları, onlara verilən suallar və suallara cavablar;

13)    Tərəflərin yekun çıxışları və ya maraqlı subyektlərin yekun sözləri.

V.      Konstitusiya Məhkəməsi Plenumunun iclasının protokolu Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən imzalanır və konstitusiya işinə qoşulur.

 

Maddə 39. İşlərə yazılı prosedur üzrə baxılması qaydası.

 

I.       “Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə uyğun olaraq konstitusiya işində toplanmış sənədlər işin mahiyyəti üzrə baxılması üçün kifayət etdikdə, Konstitusiya Məhkəməsinin Plenumu tərəflərə və ya maraqlı subyektlərə işə yazılı prosedur üzrə baxılmasına dair təklif edə bilər.

II.      Tərəflərin və ya maraqlı subyektlərin işə yazılı prosedur üzrə baxılmasına razılığı olduqda, Konstitusiya Məhkəməsinin Plenumu işə məhkəmə iclası keçirilmədən və tərəflərin iştirakı olmadan yazılı prosedur üzrə baxılmasına dair qərardad çıxarır.

III.     Yazılı prosedur üzrə işə müşavirə otağında baxılır.

IV.    Qəbul olunmuş qərarın surəti yeddi gün müddətində tərəflərə (ərizəçilərə) və ya maraqlı subyektlərə göndərilir.

V. Konstitusiya Məhkəməsinin Plenumunun yazılı prosedur qaydasında qəbul edilmiş qərar və qərardadlarının tarixi yekun qərar və qərardadın çıxarıldığı gün hesab edilir.

        

Maddə 40. Konstitusiya işinə baxılarkən bir konstitusiya icraatı növündən digər konstitusiya icraatı növünə keçmə.

 

«Konstitusiya Məhkəməsi haqqında» Qanununun 40.2.1 və 40.3.9-cu maddələrində nəzərdə tutulan hallar üzrə sorğu və ya müraciətlərə dair konstitusiya işinə baxılarkən, zərurət yarandıqda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən işin baxılması konstitusiya icraatı növündən xüsusi konstitusiya icraatı növünə və ya xüsusi konstitusiya icraatı növündən konstitusiya icraatı növünə keçirilə bilər.

  

V fəsil

Konstitusiya Məhkəməsi Plenumunun qərarı

 

Maddə 41. Konstitusiya Məhkəməsi Plenumunun qərarının hazırlanması və qəbul edilməsi.

 

I.       Məruzəçi-hakim Konstitusiya Məhkəməsi Plenumunun qərarının layihəsini hazırlaya bilər, işin xarakterindən və mürəkkəbliyindən asılı olaraq isə - həmçinin onun fikrincə qərarın qəbul edilməsi üzrə hakimlərin müşavirəsi zamanı müzakirə edilərək həll olunmalı sualların siyahısını tərtib edə bilər. Bu halda məruzəçi-hakim həmin suallara əsaslandırılmış cavablar təklif edə bilər. Məruzəçi-hakim tərəfindən hazırlanmış, qərarın mahiyyətini müəyyən edən sualların siyahısı, eləcə də qərar layihəsinə dair materiallar işdə iştirak edən hakimlərə işin baxılmağa hazırlanması başa çatdıqdan sonra, lakin Konstitusiya Məhkəməsi Plenumunda baxılmazdan əvvəl verilməlidir.

II.      İşin baxılması qurtardıqdan sonra məruzəçi-hakim Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən təhqiq edilmiş materiallara əsaslanan qərar layihəsini təqdim edə bilər.

III.     Məruzəçi-hakimlər arasında sualların hamısı və ya bir qisminə, yaxud qərar layihəsinə dair fikir müxtəlifliyi meydana çıxdıqda onlardan hər biri öz suallarının siyahısını və ya qərar layihəsini tərtib edir.

IV. Hakimlərin müşavirəsində yalnız Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak edən hakimlər iştirak edir və hər bir hakim öz suallarını və ya qərar layihəsini təqdim edə bilər.

V.      Müşavirədə iştirak edən hakimlərin hamısı qərar layihəsi ilə razı olsalar belə Konstitusiya Məhkəməsi Plenumunun qərarı səsverməsiz qəbul edilə bilməz.

VI.    Konstitusiya Məhkəməsi Plenumunun qərarı bütövlükdə hakimlərdən adbaad sorğu edildikdən sonra açıq səsvermə yolu ilə qəbul edilir. Düzəlişlər üzrə səsvermədə hakimlərin adbaad sorğusu yalnız bunu azı üç hakim tələb etdikdə keçirilir. Bütün hallarda məhkəmə iclasında sədrlik edən axırıncı səs verir.

VII.   Konstitusiya Məhkəməsi Plenununun qərarını məhkəmə iclasında sədrlik edən imzalayır. Konstitusiya Məhkəməsi Plenumunun qərarının surəti həmin qərara səs vermiş bütün hakimlər tərəfindən imzalanır və Konstitusiya Məhkəməsinin Sədrində saxlanılır.

 

Maddə 42. Konstitusiya Məhkəməsinin hakimi tərəfindən xüsusi rəyin təqdim edilmə müddəti

 

Konstitusiya Məhkəməsi hakiminin xüsusi rəyi Konstitusiya Məhkəməsi Plenumunun qərarı elan edildiyi gündən etibarən beş gündən gec olmayaraq təqdim edilməlidir. Konstitusiya Məhkəməsi hakiminin xüsusi rəyi Konstitusiya Məhkəməsi Plenumunun qərarına əlavə edilir və onunla birlikdə dərc edilir.

        

Maddə 43. Konstitusiya Məhkəməsi Plenumunun qərardadının qəbul edilməsi

 

I.       "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 68.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsinin Plenumu qərardad qəbul edir.

II.      Azərbaycan Respublikasının "Konstitusiya Məhkəməsi haqqında" Qanunu və bu Nizamnamə ilə digər müddəa nəzərdə tutulmamışsa, ayrıca sənəd şəklində tərtib edilmiş qərardadın qəbul edilməsi üzrə səsvermənin qaydaları Konstitusiya Məhkəməsi Plenumunun qərarının qəbul edilməsi üçün bu Daxili Nizamnamə ilə nəzərdə tutulmuş qaydalarla müəyyən olunur.

III. Konstitusiya Məhkəməsi Plenumunun qərardadını məhkəmə iclasında sədrlik edən imzalayır.

 

Maddə 44. Konstitusiya Məhkəməsi qərar və qərardadının dərc edilməsi üçün göndərilməsi

 

Konstitusiya Məhkəməsinin təsdiq edilmiş qərar və ya dərc olunmalı qərardadlarının surətləri rəsmi mətbu orqanlarında dərc edilməsi üçün göndərilir. Bu hallarda Konstitusiya Məhkəməsi qərarının və ya qərardadının mətni: "Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi" sözləri ilə qurtarır və həmin surətlərdə sədrlik edənin imzası əks etdirilmir.

 

Maddə 45. Konstitusiya Məhkəməsi qərarlarının icra təcrübəsinin ümumiləşdirilməsi

 

I.       Konstitusiya Məhkəməsi qəbul etdiyi qərarların icra vəziyyətini müntəzəm olaraq təhlil edir.

II.      Konstitusiya Məhkəməsi Aparatının müvafiq bölməsi Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının icrası haqqında yarım illik və illik informasiya-analitik hesabatları Konstitusiya Məhkəməsinin hakimlərinə təqdim edir. Zəruri hallarda Konstitusiya Məhkəməsinin Sədri Konstitusiya Məhkəməsi Plenumunun bir və ya bir neçə konkret qərarlarının icrası haqqında məlumatın hazırlanması barədə tapşırıq verir.

III.     Konstitusiya Məhkəməsi Plenumunun qərarının icra edilməməsi və ya tam icra edilməməsi faktı müəyyən edildikdə Konstitusiya Məhkəməsinin Sədri Konstitusiya Məhkəməsi Plenumunun qərarının icrasını təmin etməyə yönəlmiş tədbirlər haqqında təkliflər verə bilər.

  

Maddə 46. Konstitusiya Məhkəməsinin qərar və qərardadlarında olan qeyri-dəqiqliklərin düzəlişi.

 

I. Konstitusiya Məhkəməsinin hər hansı bir hakiminin təşəbbüsü ilə Konstitusiya Məhkəməsinin qərar və qərardadlarının adında, onların mətnində mövcud olan səhvlərin, açıq aydın redaksiya və texniki qüsurların düzəlişi həyata keçirilir. Konstitusiya Məhkəməsi konstitusiya icraatının tərəflərinin, onların nümayəndələrinin və maraqlı şəxslərin Konstitusiya Məhkəməsinin Plenumunun qərar və qərardadlarında, Palataların qərardadlarında aşkar olunmuş səhvlər və qüsurlar barədə edilmiş müraciətlərə baxmağa borcludur.

II. Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərar və qərardadlarında olan səhvlərə və qüsurlara düzəlişlər Plenumun iclaslarında, Palata tərəfindən qəbul edilmiş qərardadlara isə həmin Palatanın iclaslarında edilir.

III. Konstitusiya Məhkəməsinin qərar və qərardadlarında olan səhvlərin və qüsurların düzəlişlərinə dair qərardad qəbul edilir. Belə qərardadların surətləri Konstitusiya Məhkəməsinin Plenumunun qərarı və qərardadları, Palataların qərardadları göndərildiyi orqan və şəxslərə, zərurət yarandıqda isə dərc edildiyi rəsmi mətbuat orqana göndərilir.

 

VI fəsil

Bəzi sorğu və müraciətlərin

 baxılma xüsusiyyətləri

  

Maddə 47. Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan edilməsi

 

I.       Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri haqqında materiallar Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsində göstərilən müddətə riayət edilməklə Konstitusiya Məhkəməsinin Sədri həmin məsələni Konstitusiya Məhkəməsi Plenumunun iclasına çıxarır və bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına bildiriş göndərilir.

II.      Konstitusiya Məhkəməsi Plenumunun iclasında Mərkəzi Seçki Komissiyası Sədrinin Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri haqqında məlumatı dinlənilir.

III.     Bu məsələyə baxılmasının nəticələrinə dair Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının rəsmi elan edilməsi haqqında qərar qəbul edir.

                 

Maddə 48. Azərbaycan Respublikası Prezidentinin istefa haqqında ərizəsinə baxılması

 

I.       Azərbaycan Respublikası Prezidentinin istefa haqqında ərizəsi daxil olduğu gündən ən geci üç gün keçənədək Konstitusiya Məhkəməsinin Sədri həmin məsələni Konstitusiya Məhkəməsi Plenumunun iclasına çıxarır.

II.      Bu məsələyə dair iclasa Azərbaycan Respublikasının Prezidenti dəvət olunur. Zəruri hallarda iclasa eləcə də şahidlər, ekspert və mütəxəssislər dəvət edilə bilər.

III.     Azərbaycan Respublikası Prezidentinin istefa ərizəsinə baxılmasının nəticələrinə dair Konstitusiya Məhkəməsinin Plenumu müvafiq qərar qəbul edir.

        

Maddə 49. Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında rəyin verilməsinə dair məsələyə baxılması

                                     

I.       Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında təkliflərin dərc olunduğu gündən ən geci yeddi gün keçənədək Konstitusiya Məhkəməsinin Sədri həmin məsələni Konstitusiya Məhkəməsi Plenumunun iclasına çıxarır.

II.      Konstitusiya Məhkəməsinin iclasında həmin təklifi vermiş orqan və ya vəzifəli şəxsin nümayəndəsindən başqa mütəxəssislər də dinlənilə bilər.

III.     Məsələnin baxılmasının nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə təsdiq olunan rəy qəbul edilir.

         

VII fəsil

 Konstitusiya Məhkəməsi hakiminin əmək

 məzuniyyəti və ezamiyyəti

 

Maddə 50. Konstitusiya Məhkəməsinin hakimlərinə əmək məzuniyyətinin verilməsi

 

I.       Konstitusiya Məhkəməsinin hakimlərinə əmək məzuniyyəti bir qayda olaraq hər ilin avqust ayının birindən verilir. Bununla belə, Konstitusiya Məhkəməsinin Sədri ilə razılaşdırıldığı qaydada Konstitusiya Məhkəməsinin hakiminə başqa vaxt da məzuniyyət verilə bilər.

Konstitusiya Məhkəməsinin hakiminə əmək məzuniyyəti onun arzusu ilə iki hissəyə bölünərək verilə bilər. Konstitusiya Məhkəməsinin hakimi məzuniyyətinin vaxtı barədə məhkəmənin Sədrini əvvəlcədən xəbərdar edir.

II.      Konstitusiya Məhkəməsinin hakimi əmək məzuniyyətinə gedərkən, Konstitusiya Məhkəməsinin Sədrini olduğu yer barədə məlumatlandırır.

III.     Konstitusiya Məhkəməsinin hakiminə məzuniyyət verildiyi halda məzuniyyətə çıxdığı gündən üç gün əvvəl Konstitusiya Məhkəməsinin İşlər idarəsinin müvafiq qurumu tərəfindən ona məzuniyyət pulu, istirahət etməsi üçün iki aylıq əmək haqqı (vəzifə maaşı və ona olan əlavələr) məbləğində pul təminatı verilir.

IV. Konstitusiya Məhkəməsinin hakimi əmək məzuniyyətindən yalnız Konstitusiya Məhkəməsi Plenumunun iclasının keçirilməsi üçün kvorum olmadığı və işlə əlaqədar digər zəruri hallarda geri çağırıla bilər.

V.      Əmək məzuniyyətindən geri çağırılan Konstitusiya Məhkəməsinin hakiminə işə başladığı gündən etibarən əmək haqqı hesablanır və onun razılığı əsasında istifadə edilməmiş məzuniyyət günləri gələcəkdə müəyyən edilmiş vaxtda məzuniyyət pulu ödənilmədən verilir.

VI.    Konstitusiya Məhkəməsinin hakiminə növbəti ilin əmək məzuniyyətinin pulu hesablanarkən əvvəlki ilin istifadə edilməmiş məzuniyyət günləri nəzərə alınmır və onun əvəzinə pul təminatı da verilmir.

 

Maddə 51. Konstitusiya Məhkəməsinin hakimlərinin ezamiyyətə getməsi

 

I.       Başqa ölkələrin qanunvericilik və məhkəmə təcrübəsini öyrənmək, hüquq məsələləri ilə bağlı olan konfranslarda, seminarlarda, görüşlərdə və bunlara bənzər digər tədbirlərdə iştirak etmək üçün Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsinin Sədri ilə razılaşdırılmış qaydada ezamiyyətə gedə bilər.

II.      Konstitusiya Məhkəməsi hakiminin ezamiyyətə getməsi üçün onun arzusu və dəvətnamə mövcud olmalıdır.

III.     Konstitusiya Məhkəməsinin hakiminə ezamiyyətə getdiyi halda ona ezamiyyət xərclərinin ödənilməsi üçün müvafiq pul məbləği verilir.

IV.    Konstitusiya Məhkəməsinin hakimi ezamiyyətə gedərkən:

1) Konstitusiya Məhkəməsinin hesabına getdikdə-ona yol, mehmanxana və gündəlik xərclərin ödənilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada pul məbləği verilir;

2) dəvət edən tərəfin hesabına getdikdə-ona yalnız gündəlik xərclərin 40 faizi miqdarında pul məbləği verilir;

3) Konstitusiya Məhkəməsinin və dəvət edən tərəfin hesabına getdikdə-ona ezamiyyət xərclərinin ödənilməsi üçün bu hissənin 1 və 2-ci bəndlərinin müddəalarından istifadə edərək iki tərəfin razılaşdığı qaydada müvafiq pul məbləği verilir.

V.      Konstitusiya Məhkəməsi Aparatı Konstitusiya Məhkəməsi hakiminin ezamiyyətə gedib-gəlmək üçün ortaya çıxan bütün təşkilati, maliyyə və texniki məsələlərini hakim yola çıxdığı gündən üç gün əvvəl həll etməlidir.

 

VIII fəsil
 

Konstitusiya Məhkəməsi hakiminin

səlahiyyətlərinə xitam verilməsi

 

Maddə 52. Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-23.1.6-cı maddələrinə əsasən xitam        verilməsi.

                                                                 

"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-23.1.6-cı maddələrinə əsasən Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə xitam verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

 

Maddə 53. Konstitusiya Məhkəməsi hakiminin səlahiyətlərinə "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.7 –23.1.10-cu maddələrinə əsasən xitam verilməsi.

                           

I.       Konstitusiya Məhkəməsinin Sədri Konstitusiya Məhkəməsi hakiminin səlahiyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.7-23.1.10 –cu maddələrində nəzərdə tutulmuş əsaslardan biri və ya bir neçəsinin olması haqqında yazılı məlumat aldıqdan sonra məhkəmənin hakimlərindən birinə və ya bir neçəsinə alınmış məlumatın yoxlanılması və məsələnin obyektiv həlli üçün əlavə sənədlərin toplanılmasına dair göstəriş verir.

II.      "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.7-23.1.10-cu maddələrində nəzərdə tutulmuş əsaslarla səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi qaldırılmış hakim Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı çağırılanadək həmin məsələ üzrə şifahi və ya yazılı izahat verə bilər. Hakimin yazılı izahatları, eləcə də məsələyə aid olan sənədlər məsələ hazırlandıqdan sonra Konstitusiya Məhkəməsinin Sədrinə və hakimlərinə təqdim edilir.

III.     Əvvəlcədən toplanılmış materialları nəzərdən keçirdikdən sonra Konstitusiya Məhkəməsinin Sədri Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında materialların Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağında baxılması barədə məsələni həll edir. Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı mütləq barəsində məsələ qaldırılmış hakimin iştirakı ilə keçirilir. Səhhətinə görə hakim Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağında iştirak edə bilmədiyi halda onun yazılı izahatları oxunur. Hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün müvafiq əsasların mövcudluğu haqqında məlumat vermiş şəxslər və məsələnin həlli üçün əhəmiyyətli məlumatlara malik olan digər şəxslər Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağına dəvət oluna bilər.

IV.    "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.10–cu maddəsinə əsasən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında məsələyə Konstitusiya Məhkəməsi hakimlərin yığıncağında baxılmazdan əvvəl Konstitusiya Məhkəməsinin hakimi istefa haqqında ərizə verə bilər.

V.      Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.7-23.1.10-cu maddələrində nəzərdə tutulmuş bir və ya bir neçə əsaslarla xitam verilməsi haqqında məsələ Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı tərəfindən rədd edildikdə, həmin məsələ Konstitusiya Məhkəməsinin hakimlərinin yığıncağına eyni əsaslar və faktiki hallarla əlaqədar təkrarən çıxarıla bilməz.

VI.    Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.7-23.1.10-cu maddələrində nəzərdə tutulmuş əsaslardan biri və ya bir neçəsinin mövcud olmasını hesab etdikdə məsələ üzrə Azərbaycan Respublikasının Prezidentinə təklif verilməsi haqqında əsaslandırılmış qərar qəbul edir.

 

Maddə 54. Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə xitam verilməsi

 

Konstitusiya Məhkəməsi hakiminin səlahiyyət müddətinin başa çatmasına iki ay qalmış Konstitusiya Məhkəməsinin Sədri bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.

         

IX fəsil

Konstitusiya Məhkəməsi fəaliyyətinin

digər məsələləri

 

Maddə 55. Ərizəçilərin qəbulu

 

I.       Konstitusiya Məhkəməsi        Aparatının müvafiq bölməsi ərizəçiləri Konstitusiya Məhkəməsinin Sədri müəyyən etdiyi qaydada qəbul edir.

II.      Qəbul haqqında məlumat ərizəçilər üçün görünən yerdən asılır.

III.     Zəruri hallarda ərizəçiləri Konstitusiya Məhkəməsinin Sədri və ya onun təklifi ilə Konstitusiya Məhkəmsinin Sədr müavini və hakimləri qəbul edir.

        

Maddə 56. Konstitusiya Məhkəməsinin yaratdığı komissiyalar

 

Konstitusiya Məhkəməsinin Sədri Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, kadr, büdcə informasiya, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi məsələlərinin hazırlanması və digər məqsədlərlə Konstitusiya Məhkəməsi hakimlərinin hər hansı birinin rəhbərliyi ilə müvəqqəti və ya daimi komissiyalar yarada bilər. Həmin komissiyaların tərkibinə Konstitusiya Məhkəməsi Aparatının işçiləri daxil edilə bilər.

        

Maddə 57. Konstitusiya Məhkəməsinin informasiya təminatı

 

Məlumatların operativliyini və dolğunluğunu təmin etmək məqsədilə Konstitusiya Məhkəməsində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunları və digər normativ aktları, Konstitusiya Məhkəməsinin qərarları və xarici dövlətlərin konstitusiya məhkəmələrinin qərarları haqqında məlumatları əks etdirən kompyuter məlumat bankından ibarət informasiya sistemi yaradılır.

 

Maddə 58. Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələri

 

Konstitusiya Məhkəməsi xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə əməkdaşlıq, nümayəndə heyətləri ilə mübadilə, Konstitusiya Məhkəməsi hakimlərinin və Aparat işçilərinin təcrübə keçməsi, qərar və digər məlumatların mübadiləsi və birgə elmi tədbirlərin təşkil edilməsi haqqında sazişlər bağlamaqla işgüzar əlaqələr yaradır.

 

Maddə 59. Konstitusiya Məhkəməsinin kütləvi informasiya vasitələri ilə əlaqələri

 

Konstitusiya Məhkəməsinin kütləvi informasiya vasitələri ilə əlaqələri bir qayda olaraq Konstitusiya Məhkəməsinin mətbuat xidməti vasitəsi ilə həyata keçirilir.

 

Maddə 60. Konstitusiya Məhkəməsi Aparatının və İşlər İdarəsinin iş rejimi

 

Konstitusiya Məhkəməsi Aparatının və İşlər İdarəsinin iş rejimi Konstitusiya Məhkəməsinin Aparatı haqqında Əsasnamə, Konstitusiya Məhkəməsinin İşlər İdarəsi haqqında Əsasnamə, eləcə də Daxili Əmək İntizamı Qaydaları ilə müəyyən edilir.

 

Maddə 61. Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinə əlavə və dəyişiklər edilməsi

 

I.       Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi haqqında təklif Konstitusiya Məhkəməsinin hər hansı bir hakimi tərəfindən əsaslandırılmaqla irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi haqqında təkliflərə Konstitusiya Məhkəməsinin hakimlərinin yığıncağında baxılır.

 

II.      Daxili Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi haqqında hər bir təklif üzrə Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı ayrıca qərar qəbul edir.