Humay Əfəndiyeva

Hakim

Photo

7 dekabr 1975-ci ildə, Bakı şəhərində anadan olmuşdur.

1992-ci ildə Bakı şəhəri 190 nömrəli orta məktəbi bitirmişdir.        

1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsini (əyani) və Qərb Universitetinin Sosial siyasi inzibatçılıq fakültəsini (qiyabi) bitirmişdir.

1997-ci ildən 2000-ci ilə qədər BMT İnkişaf Proqramının “Gender İnkişafda” qurumunda ictimai əlaqələr üzrə mütəxəssis vəzifəsində işləmişdir.

2001-ci ildən 2021-ci ilə qədər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatında sədr müavinin köməkçisi, sədr müavinin baş məsləhətçisi, Aparatın baş məsləhətçisi, Beynəlxalq hüquq və beynəlxalq münasibətlər şöbəsinin müdir müavini, Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifələrində işləmişdir.

25 iyun 2011-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2018-ci il tarixli 322 saylı Sərəncamına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

01 fevral 2021-ci il tarixdə, Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 20 may 2022-ci il tarixli 3268 saylı Sərəncamı ilə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təstiq edilib. 

Hüquq üzrə fəlsəfə doktorudur.

İki övladı var.