2008-09-17 Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

News

2008 Sep

Sentyabrın 17-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçirələcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Fərhad Abdullayev qonaqlara Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.Sədr bildirmişdir ki, Konstitusiya Məhkəməsinin əməkdaşları seçki proseslərində seçkilər başa çatanadək seçici kimi iştirak edirlər.

Avropa ölkələrinin qanunvericiliyində olduğu kimi, Azərbaycan Konstitusiyasına əsasən Konstitusiya Məhkəməsi seçki prosesinə Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini elan edəndən sonra qatılır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini yoxladıqdan sonra rəsmən elan edir. 

Ətraflı məlumata görə minnətdarlığını bildirən Andres Herkel başçılıq etdiyi missiyanını fəaliyyətindən danışmışdır. 

Görüşdə oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinin gedişi ilə bağlı fikir mübadiləsi aparılmışdır.