2008-02-22 Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Banqkok şəhərinə rəsmi səfər etmişdir

News

2008 Feb

Viruş Limviçayı Bakı şəhərinə rəsmi dəvət etmişdir. 2008-ci ilin 19-21 fevral tarixlərində Tayland Krallığı Ali və Konstitusiya Məhkəmələrinin sədri Viruş Limviçayın dəvəti ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi və hakim Rafael Qvaladze, İşlər İdarəsinin müdiri Akif Hümbətov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Quliyevin daxil olduğu nümayəndə heyəti Banqkok şəhərinə rəsmi səfər etmişdir.Səfər zamanı nümayəndə heyəti Ali və Konstitusiya Məhkəmələrində bir sıra görüşlər keçirmiş, Tayland məhkəmə sistemi ilə tanış olmuş və öz həmkarları ilə fikir mübadiləsi aparmışlar.

Sədr F.Abdullayev 2008-ci ilin iyul ayında Bakı şəhərində keçiriləcək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaranmasının 10-illiyinə həsr olunmuş Beynəlxalq Konfransda iştirak etmək üçün Tayland Krallığı Ali və Konstitusiya Məhkəmələrinin sədri Viruş Limviçayı Bakı şəhərinə rəsmi dəvət etmişdir. Mayın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Jan-Pol Kosta ilə görüşmüşdür.Fərhad Abdullayev bu ilin yanvarında Strasburqda keçirdikləri görüşü xatırlatmış, səfərin qarşılıqlı təcrübə mübadiləsi baxımından çox əhəmiyyətli olduğunu vurğulamış, dəvətini qəbul edib ölkəmizə gəldiyinə görə qonağa təşəkkürünü bildirmişdir. Konstitusiya Məhkəməsinin sədri rəhbərlik etdiyi qurumun son illərdəki fəaliyyəti, məhkəmə-hüquq islahatları, qabaqcıl Avropa təcrübəsinin öyrənilib tətbiq edilməsi sahəsində görülən işlər barədə məlumat vermişdir.F.Abdullayev demişdir ki, Azərbaycan məhkəmələri Avropa məhkəmə sisteminin elementlərini özündə ehtiva edir. Ölkəmizdə Avropa məhkəmə qanunvericiliyi ilə yanaşı beynəlxalq məhkəmə qanunvericiliyindən də geniş istifadə olunur. Azərbaycanda ədalətli qanunvericilik sisteminin olduğunu deyən F.Abdullayev ölkəmizdə Avropa Konvensiyasının qərarlarının təcrübədə geniş tətbiq olunduğunu, bu qərarların məhkəmə-hüquq sistemində islahatların aparılmasında əhəmiyyətli rol oynadığını söyləmişdir. Bildirmişdir ki, bu baxımdan Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsi ilə əməkdaşlığa böyük önəm verir.

Dəvətə görə səmimi təşəkkürünü bildirən Jan-Pol Kosta Azərbaycanın Avropa məhkəmə sisteminə inteqrasiyasının sürətləndirilməsi üçün qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulamışdır. Jan-Pol Kosta insan hüquqlarının qorunmasında milli konstitusiya məhkəmələrinin işinin təkmilləşdirilməsinin vacibliyini qeyd etmişdir. Qonaq Avropa və milli məhkəmələrin yurisdiksiyalarında oxşar və fərqli cəhətləri diqqətə çatdıraraq, Avropa və Azərbaycan Konstitusiya məhkəmələri arasında birgə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılması üçün qarşılıqlı dialoqun təşkilinin vacibliyini vurğulamışdır.Sonda qonağa xatirə hədiyyələri verilmişdir.