2004-12-16 Konstitusiya məhkəməsinin sədri ATƏT-in Bakıdakı nümayəndə heyətini qəbul edib

News

2004 Dec

2004-cü ilin dekabr ayının 16-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayev ATƏT-in Bakıdakı nümayəndə heyətini - ATƏT-in Bakıdakı nümayəndəliyinin rəhbər müavini Robin Sivordu və ATƏT-in insan ölçüsü üzrə əmakdaşı Andreas Buşu qəbul etmişdir. Görüşdə Konstitusiya Məhkəməsi və ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. ATƏT-in nümayəndələri fərdi şikayətlərə baxılması prosedurunun təkmilləşdirilməsi sahəsində, xüsusilə də Avropa ölkələrinin Konstitusiya Məhkəmələrində şikayətlərə baxılması işi ilə tanış olmaqda Konstitusiya Məhkəməsinə dəstək göstərməyə hazır olduqlarını bildirdilər.