2010-07-28 Konstitusiya Məhkəməsinin Aparat rəhbəri Rauf Quliyev İndoneziyanın Cakarta şəhərinə səfər etmişdir

News

2010 Jul

Cari ilin iyul ayının 11-dən 17-dək İndoneziyanın Cakarta şəhərində keçirilmiş “Ümumi Seçki Hüququ” mövzusunda Asiya ölkələrinin Konstitusiya Məhkəmələrinin 7-ci Konfransında Azərbayjan Respublikası Konstitusiya Məhkəməsinin Aparat Rəhbəri cənab Rauf Quliyev iştirak etmişdir.

Tədbirlərin birinci günündə layihəsi hazırlanmış Asiya ölkələrinin Konstitusiya Məhkəmələrinin Assosiasiyası adlı təşkilatın Nizamnaməsi imzalanmışdır. Həmin təşkilatın təsisçiləri İndoneziya, Cənubi Koreya, Malayziya, Monqolustan, Filippin, Tayland və Özbəkistan Konstitusiya Məhkəmələri təsisçilər kimi çıxış etmişdirlər.

Həmin günün axşamı İndoneziya Respublikasının Prezidenti cənab Susilo Bambanq Yudhoyono tərəfindən qonaqların şərəfinə rəsmi ziyafət verilmışdir.

12 iyul tarixdə günün birinci yarısında İndoneziyanın dövlət başçısı bütün xarici qonaqları və xarici ölkələrin səfirlərini öz rəsmi igamətgahında qəbul edərək, öz çıxışında Konfransın bütün iştirakçılarına uğurlu iş arzulamışdır.

Həmin günün ikinci yarısında Konfrans öz praktiki işinə başlamışdır. Cənubi Koreya, Tayland, Malayziya, Çili, Şri Lanka, Filippin, Sinqapur və Azərbaycanın Konstitusiya Məhkəmələrinin nümayəndələri çıxış etmişdirlər. İştirakçıların diqqətinə jənab Rauf Quliyev tərəfindən  çatdırılan məruzədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin parlament və prezident seçkiləri prosesində rolu açıqlanmışdır. Daha sonra Türkiyə, Kolumbiya, Mərakeş, Almaniya, Pakistan, Meksika, Özbəkistan, Avstriya, Venesuela, Misir, Nepal, Qazaxıstan və Tacikistanın konstitusiya nəzarəti orqanlarının nümayəndələri öz məruzələrini təqdim etmişdirlər.

Konfrans günləri keçirilmiş müzakirələr və fikir mübadilələri ayrı-ayrı ölkələrin seçkilər zamanı konstitusiya nəzarəti orqanlarının konstitusiya normalarını təmin edilməsi, seçkilər zamanı pozuntuların yolverilməzliyi və digər məsələlərə toxunulmuşdur.

Həmçinin İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin Sədri cənab Mohammed Mahfud və Məhkəmənin Baş katibi Canecri Qaffarla keçirilmiş  görüşlərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri adından dəvətnaməyə görə təşəkkürünü çatdırmış, Konfransın yüksək səviyyədə təşkil olunduğuna görə təbriklər yetirilmişdir, məhkəmələr arasında hüquqi əmərdaşlığın aspektləri müzakirə edilmişdir.