04-02-2020 Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Xəbərlər

2020 Feb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş R.Alıyevin məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun fevral ayının 25-nə təyin edilmiş iclasında baxılacaq.