16.02.2021
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi
haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş B.Qasımovun məhkəmə
aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad
çıxarılıb.
Şikayət üzrə işə
Konstitusiya Məhkəməsi Plenumunun mart ayının 4-nə təyin edilmiş iclasında
baxılacaq.