09.02.2021
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevral ayının 24-nə təyin edilmiş iclasında baxılacaq.