09.01.2021
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya
Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin 1193-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan
Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna
baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Sorğuya mahiyyəti üzrə, tərəflərin
iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 2-nə təyin edilmiş
iclasında baxılacaq.