08.01.2021
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya
Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələrinin şərh edilməsinə dair sorğusuna
baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Sorğuya mahiyyəti üzrə, tərəflərin
iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 29-na təyin edilmiş
iclasında baxılacaq.