11.12.2020
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi
haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş N.Hüseynovun məhkəmə
aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad
çıxarılıb.
Şikayət üzrə işə
Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il yanvar ayının 8-nə təyin edilmiş
iclasında baxılacaq.