Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Xəbərlər

2020 Nov

23.11.2020

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi  Palatasının  növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin  VI hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci  maddəsinin  şərh edilməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabr ayının 7-nə təyin edilmiş iclasında baxılacaq.