Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Xəbərlər

2020 Sep

01.09.2020

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi  Palatasının  növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin  VI hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsi baxımından şərh edilməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabr ayının 16-na təyin edilmiş iclasında baxılacaq.