Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Xəbərlər

2020 May

18.05.2020

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair Tərtər Rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 11-nə təyin edilmiş iclasında baxılacaq.