Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin
V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən,
vətəndaşlar Liza və Elza Aslanovaların məhkəmə
aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad
çıxarılıb.
Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun aprel
ayının 28-nə təyin edilmiş iclasında baxılacaq.