ANA SƏHİFƏ » Qərarlar » 19.08.98 AR Milli Məclisinə seçkilər üzrə 48 saylı Ağdam Kənd seçki dairəsində 1998-ci il avqustun 9-da keçirilmiş təkrar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında

 
 
AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN
 
AZƏRBAYCAN  RESPUBLİKASI 
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
 
Q  Ə  R  A  R  I
 
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə
48 saylı Ağdam Kənd seçki dairəsində 1998-ci il avqustun 9-da keçirilmiş
təkrar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında
 
 
19 avqust 1998-ci il                                                                                      Bakı şəhəri
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova, O.Sul­ta­novun, həmçinin dəvət olunmuş Mərkəzi Seçki Komissiyasının sədri Ç.Vəl­ye­vin, MSK-nın üzvləri, N.Səfərovun, S.Kərimovun, K.Şəfiyevin, Ə.Seyi­do­vun iştirakı ilə 9 avqust 1998-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 48 saylı Ağdam kənd seçki dairəsində keçirilmiş təkrar seçkilərin nəticələri haqqında MSK-nın 12 avqust 1998-ci il tarixli 85 saylı protokolundan çıxarış barədə 85/320 N-li qərarına baxdı.
Sənəddə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 48 saylı Ağdam kənd seçki dairəsində 1998-ci il avqustun 9-da keçirilmiş təkrar seçkilərin nə­ticələri öz əksini tapmışdır.
Təqdim olunmuş sənəddən müəyyən edilmişdir ki, seçki dairəsinin 59 seçki məntəqəsində seçici siyahılarına daxil edilmiş 46.312 seçicinin 34.826 nəfəri yaxud 75 faizi səsvermədə iştirak etmişdir. Onlardan 17.300 nəfəri və yə seçicilərin 49.7 faizi seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Əhmədov Taqub Alış oğlunun lehinə səs vermişdir. Bu isə "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Qanunun 74-cü maddəsinin tələblərinə uyğundur. Təqdim olunmuş sənədlərdən görunur ki, Mərkəzi Seçki Komissiyası tərəfindən "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Qanunun 78-ci maddəsinin tələblərinə riayət edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 72-ci maddəsinin 3-cü hissəsini rəhbər tutaraq
 
Q Ə R A R A  A L I R:
 
"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Azərbaycan Respublikası Qanununun 80-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 48 saylı Ağdam kənd seçki dairəsində 9 avqust 1998-ci il tarixdə keçirilmiş təkrar seçkilərin nəticələri bütövlükdə təsdiq edilsin.