ANA SƏHİFƏ » Qərarlar » 16.11.04 2004-cü il oktyabrın 19-da 24 saylı Nizami birinci,29saylı Səbail və 101saylı Xanlar - Daşkəsən seçki dairələri üzrə AR Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
 
QƏRARI
 
2004-cü il oktyabrın 19-da 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı
Xanlar - Daşkəsən seçki dairələri üzrə Azərbaycan Respublikasının
Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair
 
 
16 noyabr 2004-cü il                                                                                                        Bakı şəhəri
 
 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F. Babayev (məruzəçi-hakim), R.Qvaladze, B.Qəribov, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ. İsmayılovun,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katibləri N.Məmmədov və V.Mahmudov, üzvləri F.Cavadov, R.İbrahimov, V.Kazımova, A.Tağıyev, İ.Məmmədov, Ə.Əliyev, X.Əhmədov, Y.Bağırzadə, A.Əliyevin,
mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları H.Geçgil və U.Həmidovanın iştirakı ilə
 Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında 2004-cü il 19 oktyabr tarixdə 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar - Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair konstitusiya işinə baxdı.
Hakim F.Babayevin məruzəsini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katiblər V.Mahmudov və N.Məmmədovun çıxışlarını dinləyərək, mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları H.Geçgil və U.Həmidovanın arayışını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
2004-cü il 19 oktyabr tarixdə 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar - Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar - Daşkəsən seçki dairələrində 19 oktyabr 2004-cü il tarixdə keçirilmiş əlavə seçkilərlə bağlı səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarını, qanuna müvafiq olaraq onlara əlavə edilən sənədlərlə birlikdə 2004-cü il noyabrın 06-da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
“Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171-ci maddəsinə görə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq mütəxəssisləri cəlb etməklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar - Daşkəsən seçki dairələrində 19 oktyabr 2004-cü il tarixdə keçirilmiş əlavə seçkilərlə bağlı səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarının və onlara əlavə edilən sənədlərin qanuna uyğunluğunu yoxlamışdır.
Təqdim edilmiş sənədlərdən görünür ki, 2004-cü il 19 oktyabr tarixdə 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar - Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilər keçirilmiş, seçkilər baş tutmuş hesab edilmiş və deputat seçilmiş namizədlər müəyyənləşdirilmişdir.
Konstitusiya Məhkəməsinə təqdim olunan Mərkəzi Seçki Komissiyasının 2004-cü il 05 noyabr tarixli, 35/490 saylı qərarından müəyyən edilir ki, 24 saylı Nizami birinci seçki dairəsinin 2,20,21və 26 saylı seçki məntəqələri, 29 saylı Səbail seçki dairəsinin 2,4,8,və 20 saylı seçki məntəqələrindən daxil olmuş şikayətlərlə əlaqədar Mərkəzi Seçki Komissiyasında araşdırma aparılmış, göstərilən seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilməklə ləğv edilmişdir. Lakin bu, seçkilərin ümumi nəticəsinə təsir etməmişdir.
Seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə 2004-cü il 19 oktyabr tarixdə 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar - Daşkəsən seçki dairələrində keçirilmiş əlavə seçkilərlə bağlı şikayətlərin daxil olub-olmaması, daxil olmuşsa baxılmanın nəticələri barədə arayış verilməsinə dair sorğular göndərilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2004-cü il 15 noyabr tarixli məktubundan görunür ki, 19 oktyabr 2004-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələri ilə bağlı müvafiq rayon məhkəmələrinə heç bir şikayət daxil olmamışdır.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2004-cü il 11 noyabr tarixli məktubundan məlum olur ki, 19 oktyabr 2004-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair şikayət daxil olmamışdır.
İşdə olan sənədlərin və mütəxəssislərin arayışının təhlili göstərir ki, Mərkəzi Seçki Komissiyasının 2004-cü il 05 noyabr tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar - Daşkəsən seçki dairələrində 19 oktyabr 2004-cü il tarixdə keçirilmiş əlavə seçkilərlə bağlı səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokolları və onlara əlavə olunan sənədlər “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğundur.
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin VIII hissəsini, “Konstitusiya Məhkəməsi haqqında’’ Azərbaycan Respublikası Qanununun 54,62,63,65,66,67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. 2004-cü il 19 oktyabr tarixdə 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar - Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələri təsdiq edilsin.
2.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», və «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.
 
 
Sədirlik edən                                                                         Fərhad Abdullayev