ANA SƏHİFƏ » Xəbərlər

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Braziliya Federal Ali Məhkəməsinin sədri Antonio Sezar Peluzonun dəvəti ilə yanvarın 16-dan 19-dək Rio-de Janeyro şəhərində konstitusiya məhkəmələrinin II Dünya Konqresində iştirak etmişdir. Braziliyanın Federal Ali Məhkəməsi ilə Avropa Şurası Venesiya Komissiyasının birgə keçirdiyi Konqresi açan Braziliyanın vitse-prezidenti Mişel Telmar iştirakçıları salamlamış, konstitusiya məhkəmələri arasında beynəlxalq məhkəmə-hüquq əməkdaşlığının vacibliyini qeyd etmişdir.  Sonra Konqres ö...
Yanvarın 18-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimdə çıxış edənlər bildirmişlər ki, xalqımızın tarixində belə qanlı-qadalı anlar çox olmuşdur. Lakin XX əsrdə azərbaycanlıların başına gətirilən bu faciə heç vaxt yaddaşlardan silinməyəcəkdir. 20 Yanvar Azərbaycan xalqının həm hüzn, həm də şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə ...
Cari ilin 12 dekabr tarixində  Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri, hakimləri və kollektivi Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyətin məzarını ziyarət etmişlər. Abidəsinin önünə gül dəstələri  düzərək  Ulu Öndər Heydər Əliyevə sonsuz və dərin ehtiramlarını bildirmişdilər. 
Dekabrın 17-də Konstitusiya Məhkəməsində Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (AGTMŞ) üzvü olan qurumların nümayəndələri ilə görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də uğurlu islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə-h&...
Cari ilin 25 oktyabr – 13 noyabr tarixlərində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) tərəfindən Berlin şəhərində Cənubi Qafqaz ölkələrini təmsil edən hüquqşünaslar üçün təşkil olunmuş “Qış Akademiyası” tədris proqramında Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları Nigar Dünyamalıyeva və Humay Əfəndiyeva iştirak etmişlər. Tədris proqramında həmçinin Azərbaycan Respublikasının Milli Məclisi, Ədliyyə Nazirliyi, Ali Məhkəməsi aparatlarının nümayəndələri, habelə Vəkillər kollegiyasının üzvü iştirak etmişdirlər.  Tədbirdə hüquq elminin mü...
Noyabrın 26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxmışdır. İclasa sədrlik edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 54-cü maddələrinə müvafiq olaraq, xüsusi konstitusiya icraatı qaydasında Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan etdi. Hakimlər Fikrət Babayev və Rafael Qvaladzenin Mərkəzi ...
Noyabrın 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin binasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda rəsmi səfərdə olan Paris Yuxarı İnstansiya Məhkəməsinin prokuror müavini xanım Fransauz Gilyon ilə görüşmüşdür. Görüşdə 2010-cu il iyunun 22-də qəbul edilmiş və Azərbaycan Prezidentinin 2010-cu il 1 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun əsas prinsipləri və implementasiyası haqqında fikir mübadiləsi aparılmışdır.  ...
  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 12-də Konstitusiya Günü münasibətilə Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.  Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirmişdir ki, noyabrın 12-də Azərbaycanda Konst...
Noyabrın 13-də Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qurumun, eləcə də Hüquqşünaslar Konfederasiyası, Avropa Şurası Venesiya Komissiyası və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkilatçılığı ilə keçirilən “İnsan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya mexanizmləri” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşmüşdür. Görüşdə Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, A...
Noyabrın 12-də Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Hüquqşünaslar Konfederasiyası, Avropa Şurası Venesiya Komissiyası və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) birgə təşkilatçılığı ilə keçirilən “İnsan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya mexanizmləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş tədbirdə dövlət və hökumət qurumlarının rəsmiləri, Avropa İnsan Hüquqları Məhkəməsinin, o cü...
  «Bu sənədin hazırlamasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm». Heydər Əliyev Konstitusiya layihəsinin hazırlanması üzrə Komissiyanın sədri, Azərbaycan xalqının ümummilli lideri   Dünyanın siyasi xəritəsində görünməmiş dəyişikliklərlə yadda...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avropa Şurası Venesiya Komissiyası və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birlikdə Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya mexanizmləri” mövzusunda konfrans keçirəcəkdir. Tədbirdə bir sıra xarici ölkələrin konstitusiya məhkəmələrinin sədr və hakimləri, habelə Azərbaycan Respublikasının dövlət qurumlarının və hüquq ictimaiyyətinin nümayandələri iştirak edəcəklər.  Konfrans 2010-cu il noyabrın...
Oktyabrın 20-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2010-cu il noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri ilə görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə yara...
Sentyabrın 24-də Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının katibi Tomas Markertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə və hüquq sahəsində isl...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullyevin rəhbərliyik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikası Konstitusiya Şurasının Sədri İqor Roqovun dəvətilə Qazaxıstan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş «Konstitusiya - dövlətin demokratik inkişafının əsası kimi» mövzusunda keçirilmiş beynəlxalq məhkəmə konfransında iştirak etmək üçün cari ilin avqust ayının 25-dən 28-dək Astana şəhərində səfərdə olmuşdur. Nümayəndə heyəti səfərin ilk günü Azərbaycan xalqı...
Cari ilin iyul ayının 11-dən 17-dək İndoneziyanın Cakarta şəhərində keçirilmiş “Ümumi Seçki Hüququ” mövzusunda Asiya ölkələrinin Konstitusiya Məhkəmələrinin 7-ci Konfransında Azərbayjan Respublikası Konstitusiya Məhkəməsinin Aparat Rəhbəri cənab Rauf Quliyev iştirak etmişdir. Tədbirlərin birinci günündə layihəsi hazırlanmış Asiya ölkələrinin Konstitusiya Məhkəmələrinin Assosiasiyası adlı təşkilatın Nizamnaməsi imzalanmışdır. Həmin təşkilatın təsisçiləri İndoneziya, Cənubi Koreya, Malayziya, Monqolustan, Filippin, Tayland və Özbəkistan Konstitusiya Məhkəmələri təsis&...
  İyulun 14-də Bakıda Azərbaycan Respublikası və Moldova Respublikası Konstitusiya məhkəmələri arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Mərasimdən əvvəl Moldova Konstitusiya Məhkəməsinin sədri Dumitru Pulberenin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri və Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Ə...
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində görülmüş işlər dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş, ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemi kökündən dəyişmişdir. Bu gün fərəh hissi ilə demək olar ki, irimiqyaslı qanunvericilik islahatlarını, institusional səviyyədə bir sıra yeni təsisatların yaradılmasını, beynəlxalq birliyə sürətli inteqrasiyanı, ictimai münasibətlər sisteminin müasir dəyərlərə uyğun təşkilini tələb edən bu mürəkkəb proses çərçivəsində əhəmiyyətli nailiyyətlər qazanılmışdır. Şübhəsiz ki, ...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev cari il iyunun 28-dən iyulun 2-dək Niderland Krallığı Məhkəmə Şurasının sədri və ədliyyə nazirinin dəvəti ilə Haaqa şəhərində işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində Niderland Krallığının Məhkəmə Şurasının sədri Erik van der Emster və ədliyyə naziri Hirş Ballin ilə yanaşı, Ali Məhkəmənin sədri Gert Korstens, Dövlət Şurasının üzvü və Beynəlxalq Hüquq Əməkdaşlığı Məhkəməsinin İcraiyyə Şurasının sədri Martin Ostinq, Konstitusiya Hüququ üzrə Dövlət Komissiyasının sədri Vilhelmina Tomassen və BMT-in Beynəlxalq Əda...
İyunun 23-də Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə bu qurumun yeni təyin olunmuş hakimlərinin təqdim edilməsi mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov iştirak etmışlər.  Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açaraq bu günün rəhbərlik etdiyi qurumun həyatında əlamətdar hadisə kimi yadda qalacağını söyləmişdir. Bildirilmişdir ki, iyunun 22-də Azərbaycan Prezidenti İlha...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15