ANA SƏHİFƏ » Xəbərlər

Milli Aviasiya Akademiyasında Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, Əməkdar Hüquqşünas Fərhad Abdullayevin akademiyanın tələbələri ilə görüşü keçirilmişdir. Görüşdə akademiyanın tədris işləri üzrə prorektoru Ədalət Səmədov və bu ali təhsil ocağının hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev F.Abdullayevin həyat və fəaliyyətindən, rəhbərlik etdiyi Konstitusiya Məhkəməsinin gördüyü işlərdən söz açmışlar. Bildirilmişdir ki, respublikamızın hüquqi dövlət quruculuğu yolunu tut...
Noyabrın 13-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Ali Kasasiya Məhkəməsinin sədri Lazar Qruyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 1998-ci ildə yaradılmış qurumun fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi nisbətən gənc təsisat olmasına baxmayaraq, fəaliyyətini ...
Azərbaycan xalqı müstəqillik tariximizin ən əlamətdar bayramlarından biri olan Konstitusiya Gününü hər il təntənə ilə qeyd edir. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz Əsas Qanununu - milli Konstitusiyasını qəbul etmişdir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirir. Müstəqil Azərbaycanın Konstitusiyası çox dinamik, ölkəmizin inkişaf strategiyasını müə...
<
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 12-də Konstitusiya Günü münasibətilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.          
  Hər bir sivil cəmiyyətin əsas əlamətini onun məhz yazılmış qanunlar əsasında inkişafı təşkil edir. Cəmiyyətin üzvləri arasında ictimai münasibətlər insan həyatının bütün aspektlərini əhatə etdiyindən bu münasibətlərin hüquqi nizama salınmasına ehtiyac duyulur. Eyni zamanda, ictimai münasibətlər inkişaf etdikcə buna uyğun olaraq, mövcud münasibətləri əks etdirən hüquq normaları dəyişir və dinamik şəkildə inkişaf edir. Bir sözlə, yeni ictimai münasibətlər yeni hüquq normalarının və hüquq sisteminin əmələ gəlməsinə səbəb olur. Bu normalar normativ aktlarda və məhkəmə p...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini xanım Sona Salmanova 2012-ci il oktyabrın 17-dən 20-dək İsveçrənin Cenevrə şəhərində keçirilən “CRANS  MONTANA” FORUMUNUN Transmilli cinayətkarlıq haqqında Beynəlxalq Sammitinin Vətən və Qlobal Təhlükəsizlik Forumunda iştirak  etmişdir. Forum Qlobal dünya təhlükəsizliyi, Afrika və ərəb dünyası problemləri, Afrika Limanlarının klubu mövzusuna həsr olunmuşdur. Forumda  beynəlxalq terrorizmin biznes və investisiyaya təsiri, Sahel-Saxara regionu, təhlükəsizlik məsələləri, həmin məsələlərin Afrika qitəsi,...
16 oktyabr 2012-ci il tarixdə  Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisi Mahir Cümşüd oğlu Muradovu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Qərar qəbul etmişdir.      
Oktyabrın 5-də Konstitusiya Məhkəməsində Bakı şəhərində səfərdə olan Almaniyanın Frayburq şəhərindəki Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Maks Plank İnstitutunun direktoru Hans-Yörg Albrextin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır.  F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrini...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Konstitusiya Məhkəməsinin sədri G.Papuaşvilinin dəvəti ilə “Şərq tərəfdaşlığı” ölkələrinin Konstitusiya məhkəmələrinin milli qanunvericiliyin “Acquis Communautaire” ilə uyğunlaşma prosesində rolu” mövzusunda beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmişdir.  Тədbirdə Avropa İttifaqı ilə Şərqi Avropa ölkələri arasında “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirilən hüquqi əməkdaşlıqda Konstitus...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sentyabrın 5-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay ilə görüşmüşdür.  F.Abdullayev qonağı salamlamış, Konstitusiya Məhkəməsinin beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT ilə əməkdaşlığının hüquq sisteminin müasirləşdirilməsi və ədalət mühakiməsinin təkmilləşdirilməsi üçün vacib olduğunu qeyd etmişdir.   Eyni zamanda, xüsusi olaraq vurğulanmışdır ki, keçən 14 il ərzində Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi 230 qərar və 52 qərardadla Konstitusiya Məhkəməsi Konsti...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri İqor Roqovun dəvəti ilə avqustun 28-dən sentyabrın 2-dək bu ölkədə səfərdə olmuşdur.  Azərbaycan nümayəndə heyəti Konstitusiya Gününə həsr edilmiş “Konstitusiya dövlətin və cəmiyyətin sosial müasirləşdirilməsinin əsasıdır” mövzusunda Astana şəhərində keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir. Konfransın açılışında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev giriş nitqi ilə çıxış etmişdir...
Cari ilin 13 iyul tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 14-cü ildönümü münasibətilə Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdu...
XX əsrin sonlarında Azərbaycan Respublikası öz siyasi müstəqilliyini bərpa etsə də, ölkədə hökm sürən siyasi qeyri-sabitlik və xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması dövlətçiliyimizin reallaşdırılmasını qeyri-mümkün edirdi.  Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyə qayıdışı ölkəmizdə siyasi sabitliyin təmin olunmasına və dövlətimizin həyatının bütün sahələrində genişmiqyaslı islahatların aparılmasına şərait yaratdı. Məhz bu dövrdən başlayaraq, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin ...
Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Yevgeni Tançevin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 2-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür. Sonra Şəhidlər xiyabanına gələn Bolqarıstan Konstitusiya Məhkəməsinin sədri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid ...
  İyulun 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri, professor Yevgeni Tançevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Azərbaycanın və Bolqarıstanın Konstitusiya məhkəmələri arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memorandumu Fərhad Abdullayev və Yevgeni Tançev imzalamışlar. Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsi ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirən F.Abdullayev qeyd etmişdir ki, sənəd ölkəl...
2012-ci ilin 20-22 iyun tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanova Rumıniya Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunmuş “Konstitusiya nəzarətinin ənənələri və perspektivləri” mövzusunda Buxarest şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişdir. Konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanova “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri konstitusiya nəzarəti çərçivəsində”  mövzusunda məruzə ilə çıxış etmişdir....
&
  2011-ci il 21 iyun tarixində Avropa hüquqşünas tələbələr Asossiasiyasının (ELSA) Azərbaycandakı nümayəndələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri ilə görüş keçirmişlər. Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev İnsan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının (Avropa Konvensiyası) mövcud mexanizmi, inkişafı, müasir tendensiyaları haqqında məlumat verərək qeyd etmişdir ki, Avropa Konvensiyası ilə qorunan hüquqlara müdaxilə yolverilməzdir və hər bir üzv dövlət bununla bağlı öhdəlik daşıyır. Bu h&...
Mayın 19-dan 24-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsi sədrinin dəvəti ilə “Asiyada Konstitusiya Ədalət Mühakiməsi” mövzusunda keçirilmiş beynəlxalq məhkəmə konqresində iştirak etmişdir. Tədbirdə demokratiya və konstitusiya ədalət mühakiməsi, Konstitusiya məhkəmələrində icraat növləri, Ombudsman təsisatı ilə Konstitusiya məhkəmələri arasında əlaqələr, hakimlərin müstəqilliyi kimi mövzularla bağlı məruzələr təqdim edilmişdir. Səfər çərçivəsində Koreya...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədri Kanq-Kuk Linin dəvəti ilə mayın 19-dan 24-dək Seul şəhərində rəsmi səfərdə olacaqdır. Səfərin əsas məqsədi Asiya Konstitusiya Məhkəmələrinin beynəlxalq Məhkəmə Konqresində iştirak etməkdir. Səfər çərçivəsində, həmçinin Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə məhkəmə-hüquq əməkdaşlığının perspektivləri barədə müzakirələrin aparılması nəzərdə tutulmuşdur.    
Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş “Azərbaycanın 101-ci şansı” adlı sənədli filmi izləmişlər. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik və Azərbaycan dövlətçiliyinin üzləşdiyi digər faciəvi hadisələri xatırlatmışdır. Qeyd edilmişdir ki, belə bir mə...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15