ANA SƏHİFƏ » Xəbərlər

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkinin dəvəti ilə aprelin 24-dən 26-dək Sankt-Peterburqda rəsmi səfərdə olmuşdur.   Səfər çərçivəsində Konstitusiya Məhkəməsinin nümayəndə heyəti ilə Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri və hakimləri arasında görüşlər keçirilmişdir.   Görüşlərdə Konstitusiya Məhkəməsi qərarlarının icrası, konstitusiya nəzarəti orqanları ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi aras...
&
    Cari ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə 424 ərizə və şikayət daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.1-ci maddəsinə uyğun olaraq verilmiş şikayətlərin 111-i Konstitusiya Məhkəməsi Palatasının iclaslarında müzakirə edilməsi və həmin Qanunun 7-ci, 52-ci maddələrində nəzərdə tutulmuş qaydada həll edilməsi üçün Konstitusiya Məhkəməsinin hakimlərindən ibarət olan palatalara verilmişdir. 102 ərizə və şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə aidiyyə...
    09-10 aprel 2013-cü ildə Slovakiya Respublikasının Koşitse şəhərində Konstitusiya Məhkəməsinin yaranmasının 20 illiyinə həsr olunmuş “Konstitusiya Məhkəmələrinin hüquqi mövqeləri və onların dövlətin hüquq quruluşuna təsiri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.   Tədbirdə Azərbaycanı Konstitusiya Məhkəməsinin Sədr müavini Sona Salmanova təmsil edirdi.   Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Matsejkova çıxış edərək qonaqları salamlamış və Konfransın təntənəli açılışını elan etmişdir.   Konfransda Av...
&
    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev aprelin 9-da Ukrayna Ali Məhkəməsi sədrinin müavini Valentin Barbaranın rəhbərliyi ilə Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.    Fərhad Abdullayev Azərbaycan ilə Ukrayna arasındakı dostluq münasibətlərinin qədim tarixindən danışmışdır. Bildirilmişdir ki, dövlətlərimizin başçılarının səyi nəticəsində əlaqələrimiz bütün sahələrdə inkişaf etmiş və strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı imzalanmış çoxsaylı rəsmi ...
<
Martın 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə birgə xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin yeni meyilləri” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransın əhəmiyyəti barədə iştirakçılara məlumat vermişdir. Fərhad Abdullayev Azər...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfudun dəvəti ilə fevralın 18-dən 22-dək bu ölkədə rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində F.Abdullayev indoneziyalı həmkarı M.Mahfud və digər hakimlərlə geniş tərkibdə görüş və formalaşmış məhkəmə praktikası barədə ətraflı fikir mübadiləsi keçirmişdir. Görüşdən sonra İndoneziya Konstitusiya Məhkəməsinin salonunda təntənəli surətdə iki ölkənin Konstitusiya Məhkəmələri arasında Anlaşma Memorand...
&
  Fevralın 25-də Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra faciə ilə bağlı AzərTAc tərəfindən hazırlanmış film nümayiş olunmuşdur. Tədbiri açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev xalqımızın ən yaxın tarixinə qanla yazılmış Xocalı soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışmışdır. Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı ala...
Yanvarın 30-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Fərhad Abdullayevin sədrliyi ilə 2012-ci ilin yekunlarına dair hesabat iclası keçirilmişdir. Iclasda Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları,  Aparat rəhbərliyinin çıxışları dinlənilmişdir.  Konstitusiya Məhkəməsinə daxil olan sorğu,  müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, arayışlar, rəylər və digər mühüm məsələlərlə bağlı məruzələr dinlənilmiş, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülmüşdür. Məlumat verilmişd...
25 yanvar 2013-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  sədr müavini xanım Sona Salmanova Fransanın Strasburq şəhərində keçirilmiş İnsan  Hüquqları üzrə Avropa Məhkəməsinin illik rəsmi açılış mərasiminə həsr olunmuş “İnsan Hüquqları və əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının iqtisadi böhran dövründə tətbiqi” mövzusunda seminarda iştirak etmişdir. İnsan  Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman seminarda çıxış edərək qonaqları salamlamışdır. Tədbirdə İnsan  Hüquqları üzr...
Yanvarın 17-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra “20 Yanvar” sənədli filmi nümayiş etdirilmişdir. Fərhad Abdullayev mərasimdə çıxış edərək bildirmişdir ki, XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, işgəncələrin ən dəhşətli səhifələrindən biri olan 20 Yanvar qətliamı xalqımızın qan yaddaşına yazılmışdır. Keçmiş SSRİ prez...
<
Dekabrın 12-də Konstitusiya Məhkəməsində test üsulu ilə hakimliyə yeni qəbul olunmuş namizədlərlə görüş olmuşdur. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açıq elan etdikdən sonra müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, ilk milli Konstitusiyanın müəllifi olan ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.  Sonra Fərhad Abdullayev çıxış etmiş, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafındakı xidmətlərindən danışmışdır. Bildirmişdir ki, ulu öndər istə...
Noyabrın 29-da Bakıda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və Bakı Hüquq Mərkəzinin (BHM) birgə təşkilatçılığı ilə kredit istehlakçılarının maraqlarının müdafiəsi məsələlərinə həsr olunmuş “Kredit alanların hüquqi müdafiəsi, maliyyə sektorunun sabitləşdirilməsi naminə istehlakçıların müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirin məqsədi Azərbaycanın bank sektorunda istehlakçıların hüquqi vəziyyətini, yerli məhkəmələrdə kredit mübahisələri ilə bağlı işlərə baxılma təc...
Milli Aviasiya Akademiyasında Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, Əməkdar Hüquqşünas Fərhad Abdullayevin akademiyanın tələbələri ilə görüşü keçirilmişdir. Görüşdə akademiyanın tədris işləri üzrə prorektoru Ədalət Səmədov və bu ali təhsil ocağının hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev F.Abdullayevin həyat və fəaliyyətindən, rəhbərlik etdiyi Konstitusiya Məhkəməsinin gördüyü işlərdən söz açmışlar. Bildirilmişdir ki, respublikamızın hüquqi dövlət quruculuğu yolunu tut...
Noyabrın 13-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Ali Kasasiya Məhkəməsinin sədri Lazar Qruyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 1998-ci ildə yaradılmış qurumun fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi nisbətən gənc təsisat olmasına baxmayaraq, fəaliyyətini ...
Azərbaycan xalqı müstəqillik tariximizin ən əlamətdar bayramlarından biri olan Konstitusiya Gününü hər il təntənə ilə qeyd edir. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz Əsas Qanununu - milli Konstitusiyasını qəbul etmişdir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirir. Müstəqil Azərbaycanın Konstitusiyası çox dinamik, ölkəmizin inkişaf strategiyasını müə...
<
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 12-də Konstitusiya Günü münasibətilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.          
  Hər bir sivil cəmiyyətin əsas əlamətini onun məhz yazılmış qanunlar əsasında inkişafı təşkil edir. Cəmiyyətin üzvləri arasında ictimai münasibətlər insan həyatının bütün aspektlərini əhatə etdiyindən bu münasibətlərin hüquqi nizama salınmasına ehtiyac duyulur. Eyni zamanda, ictimai münasibətlər inkişaf etdikcə buna uyğun olaraq, mövcud münasibətləri əks etdirən hüquq normaları dəyişir və dinamik şəkildə inkişaf edir. Bir sözlə, yeni ictimai münasibətlər yeni hüquq normalarının və hüquq sisteminin əmələ gəlməsinə səbəb olur. Bu normalar normativ aktlarda və məhkəmə p...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini xanım Sona Salmanova 2012-ci il oktyabrın 17-dən 20-dək İsveçrənin Cenevrə şəhərində keçirilən “CRANS  MONTANA” FORUMUNUN Transmilli cinayətkarlıq haqqında Beynəlxalq Sammitinin Vətən və Qlobal Təhlükəsizlik Forumunda iştirak  etmişdir. Forum Qlobal dünya təhlükəsizliyi, Afrika və ərəb dünyası problemləri, Afrika Limanlarının klubu mövzusuna həsr olunmuşdur. Forumda  beynəlxalq terrorizmin biznes və investisiyaya təsiri, Sahel-Saxara regionu, təhlükəsizlik məsələləri, həmin məsələlərin Afrika qitəsi,...
16 oktyabr 2012-ci il tarixdə  Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisi Mahir Cümşüd oğlu Muradovu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Qərar qəbul etmişdir.      
Oktyabrın 5-də Konstitusiya Məhkəməsində Bakı şəhərində səfərdə olan Almaniyanın Frayburq şəhərindəki Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Maks Plank İnstitutunun direktoru Hans-Yörg Albrextin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır.  F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrini...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15