ANA SƏHİFƏ » Xəbərlər

Yanvarın 17-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qanlı Yanvar hadisələrinin mahiyyətindən danışan Fərhad Abdullayev bildirmişdir ki, bu terror aktı Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin ölkəmizlə bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə ...
Dekabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyə Respublikasının Melikşah, Fatih, Kocaeli universitetlərinin alimlərinin iştirakı ilə keçirilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kontekstində insan haqlarının səmərəli müdafiəsi” mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarının bir qrupu ilə görüş olmuşdur. Görüşdə sədr Fərhad Abdullayev 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildiri...
<
Noyabrın 19-dan 22-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin başçılıq etdiyi Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Dimitar Tokuşevin dəvəti ilə Sofiya şəhərində səfərdə olmuşdur. Səfərin ilk günündə Azərbaycan və Bolqarıstan Konstitusiya Məhkəmələrinin hakimləri arasında Məhkəmələrin baxdıqları işlərdə hüquqi mövqeləri və yanaşmaları ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Bolqarıstan Respublikası Parlamentinin sədri Mixail Mikov ilə görüşdə Konstitusiya Məhkəmələrinin fəaliyy...
Noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Konstitusiya Gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə çıxış edən sədr Fərhad Abdullayev iştirakçıları 12 noyabr - Konstitusiya Günü münasibətilə təbrik etmişdir. Sədr bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Əbəs yerə deyil ki, xalqımız ulu öndər Heydər Əliyevi müasir müstəqil Azərbaycan Respublikasının banisi, onun...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 12-də Konstitusiya Günü münasibətilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür. Konstitusiya Gününün ümumxalq bayramı olduğunu bildirən Azərbaycan Respublikası ...
<
12 noyabr 1995-ci ildə özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin olunması, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi istəyi ilə keçirilmiş ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermiş...
1
“Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”. Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri   1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respubl...
Noyabrın 7-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, professor Fərhad Abdullayevin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov kitabın Dövlət Bayrağı və Konstitusiya günləri ərəfəsində çap olunmasının böyük tarixi əhəmiyyət daşıdığını söyləmişdir. Bildirilmişdir ki, Konstitusiya Məhkəməsinin yaranmasının 15 illiyi münasibətilə oxuculara t...
<
Oktyabrın 19-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilmişdir. İclas dövlətimizin və xalqımızın gələcəyi üçün taleyüklü əhəmiyyətə malik hadisənin – Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunmasına həsr edilmişdi. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq bildirmişdir ki, bu gün xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və se...
  11 fəsildən ibarət olan 664 səhifəlik kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikova, rəyçiləri hüquq üzrə fəlsəfə doktoru, professor Ziyafət Əsgərov, hüquq elmləri doktoru Xanlar Hacıyev, hüquq üzrə fəlsəfə doktoru İntiqam Eyvazovdur. Konstitusiya Məhkəməsinin yaranmasının 15 illiyi münasibətilə oxucuya təqdim olunan bu kitab hüquqşünasların öz peşə fəaliyyətlərini icra edərkən nəzəri məsələlərlə yanaşı, məhkəmə təcrübəsindən də səmərəli şəkildə istifadə etmək imkanının təmin ed...
<
Cari ilin 18-23 sentyabr tarixlərində  Türkiyə Respublikasının Ankara şəhərində “Milli və beynəlxalq səviyyədə aidiyyət mübahisələri  və Aidiyyət Mübahisələri  Məhkəməsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Türkiyə Respublikasının Aidiyyət Mübahisələri Məhkəməsinin sədri  Serdar Özgüldür çıxış edərək qonaqları salamlamış və Konfransın təntənəli açılışını elan etmişdir. Konfransda Türkiyə, Fransa, Makedoniya,  Kosova,  Pakistan,  Qazaxıstan, Şimali Kipr Türk Cumhuriyyətinin Konstitusiya Məhkəmələrinin və Aidi...
Sentyabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində qarşıdakı prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlament Assambleyasının (MDB PA) ekspert qrupunun üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ekspert qrupunun prezident seçkiləri ərəfəsində Azərbaycana səfərinin vacib olduğunu qeyd etmişdir. O bildirmişdir ki, MDB Parlament Assambleyasının seçkilərin monitorinqi ilə bağlı həyata keçirdiyi missiya böyük əhəmiyyətə malikdir. F.Abdullayev qeyd etmişdir ki, müasi...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev avqustun 27-dən 31-dək Qazaxıstanın Konstitusiya Gününə həsr edilmiş “Konstitusiya dövlətin və cəmiyyətin inkişaf strategiyasının əsasıdır” mövzusunda Avrasiya Beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmək üçün Astanada səfərdə olmuşdur. Konfransda Avropanın və Asiyanın bir sıra ölkələrinin Konstitusiya məhkəmələrinin sədrləri, Avropa Şurasının, habelə Qazaxıstanın mərkəzi dövlət orqanlarının rəhbərləri iştirak etmişlər. Tədbirin açılışında Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami ...
<
İyulun 12-də Bakıda, “JW Marriott Absheron” mehmanxanasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 illiyinə həsr olunmuş “XXI əsrdə Konstitusiya ədalət mühakiməsi: xüsusiyyətləri və inkişaf yolları” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konstitusiya Məhkəməsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Konstitusiya məhkəmələrinin sədrləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmi...
<
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 illiyinə həsr olunmuş “XXI əsrdə Konstitusiya ədalət mühakiməsi: xüsusiyyətləri və inkişaf yolları” mövzusunda Beynəlxalq elmi konfransın iştirakçıları iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər qoyulmuşdur. Sonra qonaqlar Şəhidlər xiyabanını z...
X
“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi səmərəli hüquqi təsisat kimi formalaşmış, dövlət hakimiyyəti sistemində özünəməxsus yer tutmuşdur. Konstitusiya Məhkəməsi insan hüquqlarına dair müasir ideyaların, xüsusilə də İnsan hüquqları üzrə Avropa Konvensiyasında təsbit olunmuş prinsiplərin milli hüquqa tətbiqində, ölkəmizin Avropa hüquq məkanına inteqrasiyasında əhəmiyyətli rol oynayır, qəbul etdiyi qərarlarla hüquq sisteminin inkişafına və hüquq mədəniyyətinin artırılmasına təsir göstərir, bütövlükdə dövlətin hüquqi əsaslarının...
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram: Fərhad Sahib oğlu Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilsin.     İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti   Bakı şəhəri, 24 iyun 2013-cü il.  
  Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:   Fərhad Sahib oğlu Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilsin.   O.Əsədov, Azərbaycan Respublikası Milli Məclisinin sədri   Bakı şəhəri, 31 may 2013-cü il.   
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi mayın 10-da xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoymuşdurlar. Daha sonra Konstitusiya Məhkəməsində əlamətdar gün münasibəti ilə iclas keçirilmişdir. Tədbir iştirakçıları Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli filmi izləmişdirlər. Konstitusiya Məhkəməsinin sədri Fərh...
<
  Mayın 3-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Konstitusiya, şəxsiyyət və hüquqi dövlət” mövzusunda ali təhsil müəssisələri və kolleclərin tələbələri arasında keçirilmiş hüquq olimpiadasının qalibləri mükafatlandırılmışlar. Tədbiri açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin ölkəmizdə demokratik dövlət quruculuğu sahəsində xidmətlərindən, Ümummilli Liderin böyük səyi və təşəbbüsü ilə ilk dəfə m&uum...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15