ANA SƏHİFƏ » Xəbərlər

  Bu günlərdə Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi orqanının – Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının növbəti ildönümü tamam olur. Ölkəmizdə konstitusionalizm ideyalarının inkişafı, dövlətçilik tariximiz üçün tam yeni institut olan konstitusiya nəzarəti orqanının yaradılması, onun müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və müdafiəsinin gücləndirilməsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı ilə birbaşa bağlıd...
Xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 6-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində iclas keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi fəaliyyəti ilə bağlı AZƏRTAC-ın hazırladığı sənədli filmə baxıblar. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış...
Aprelin 14-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Assad Xose Xater Penya ilə görüşüb. Görüşdə Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti və praktikası barədə qonağa məlumat verib. Qeyd edilib ki, Dünya Konstitusiya Məhkəmələrinin Konfransı təşkilatlarının tamhüquqlu üzvü olan Azərbaycanın Konstitusiya Məhkəməsi yarandığı ilk günlərdən başlayaraq beynəlxalq hüquq əməkdaşlığına diqqət yetirir, bir çox xarici konstitusiya nəzarəti orqanı ilə sıx əməkdaşlıq edir. Sədr Azərbaycanda son illər ərzində h...
Fevralın 20-də Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra faciə ilə bağlı AzərTAc tərəfindən hazırlanmış film nümayiş olunub. Tədbiri açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev xalqımızın ən yaxın tarixinə qanla yazılmış Xocalı soyqırımından, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının şəxs...
Fevralın 19-da Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç ilə görüşüb. Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti və praktikası barədə qonağa məlumat verib. Qeyd edilib ki, yarandığı ilk günlərdən başlayaraq Məhkəmə beynəlxalq hüquq əməkdaşlığına diqqət yetirir, Avropa ölkələrinin Konstitusiya məhkəmələrinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini izləyir. Dünya və Avropa Konstitusiya Məhkəmələrinin Konfransı təşkilatlarının tamhüquqlu üzvü olan Azərbaycanın Konstitusiya Məhkəməsi bir &...
Fevralın 12-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasda Aparat rəhbərliyinin çıxışları, müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, tərtib olunan arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülüb. Məlumat verilib ki...
  Yanvarın 16-da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qanlı Yanvar hadisələrinin mahiyyətindən söhbət açan Fərhad Abdullayev bildirib ki, bu terror aktı Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin ölkəmizlə bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mə...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Monteneqro Konstitusiya Məhkəməsinin sədri D.Lopiçiçin dəvəti ilə bu ölkənin Konstitusiya Məhkəməsinin yaradılmasının 50 illiyinə həsr edilmiş beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmək üçün noyabrın 26-dan 29-dək Budva şəhərində səfərdə olub. Konfransın açılışında iştirak edən Monteneqro Prezidenti Filip Vuyanoviç tədbir iştirakçılarını salamlayıb. Daha sonra açılış nitqləri ilə Monteneqro Konstitusiya Məhkəməsinin sədri D.Lopiçi&cc...
&
    Ulu öndər Heydər Əliyevin imzası ilə tarixə yazılan 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı artıq 15 ildir ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilir. Bayramla əlaqədar silsilə tədbirlər, o cümlədən ənənəvi olaraq ədliyyə veteranları və gənc əməkdaşlarla görüşlər təşkil edilib, bu günlərdə qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilərək 168 namizəd uğur qazanıb, 60-dan çox namizəd isə peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlim kursundadır. Eyni zamanda, 30-dan çox gənc mütəxəssis ilk dəfə olar...
A
Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna əhəmiyyətli hadisənin növbəti ildönümünü qeyd edirik. On doqquz il əvvəl, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi – referendum yolu ilə ölkəmizin müstəqilliyi dövründə ilk Konstitusiyasını qəbul etdi. Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində hazırlanmış yeni Konstitusiya çoxəsrlik dövlətçilik ənənələrimizə və qabaqcıl dün...
Özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul edib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Konstitusiya aliliyini təmin edən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclərin hüquqi tərbiyəsinin yüksəlməsinə, hüquqi dövlə...
Oktyabrın 10-da Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan Vyetnam Milli Assambleyasının hüquq komitəsinin sədri, professor Fan Trunq Linin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan ilə Vyetnam arasında bir çox istiqamətdə, o cümlədən hüquq sahəsində əlaqələrin inkişaf etdiyini vurğulayıb. Səfərin əhəmiyyətini yüksək qiymətləndirən F.Abdullayev ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan...
Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə Qırğız Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İmzalanma mərasimindən əvvəl Qırğızıstan nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını bildirib, abidəsi önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələ...
  Sentyabrın 30-da Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan İndoneziya Konstitusiya Məhkəməsinin baş katibi Janedjri M. Gaffarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.   Əvvəlcə nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını bildirib, abidəsi önünə əklil qoyub.   Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.  ...
Bir müddət əvvəl Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin təhsil və hüquq sistemi ilə bağlı çox vacib bir Qərar qəbul edib. Qərarın önəmi ali hüquq təhsili anlayışına aydınlıq gətirməklə yüzlərlə ali təhsilli kadra karyera qurmaqda maneçilik törədən boşluğun aradan qaldırılmasıdır. Konstitusiya Məhkəməsinin cari il iyulun 4-də qəbul etdiyi Qərara əsasən “Beynəlxalq hüquq” ixtisası “Hüquqşünaslıq” ixtisası ilə bərabər ali hüquq təhsili kateqoriyasına aid edildi. Problem nədən qaynaqlanırdı? Bəlkə də buna qədər bir çoxları &...
    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Moldova Respublikası Konstitusiya Məhkəməsinin sədri Aleksandru Tenasenin dəvəti ilə bu ölkənin Əsas Qanununun qəbul olunmasının və Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyinə həsr edilmiş beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmək üçün sentyabrın 8-9-da Kişineu şəhərində səfərdə olub.   Konfransın açılışında iştirak edən Moldova Prezidenti Nikolae Timofti tədbir iştirakçılarını salamlayaraq, Konstitusiyanın və Konstitusiya Məhkəməsinin demo...
İyulun 10-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopez ilə görüşmüşdür.  Görüşdə Fərhad Abdullayev Azərbaycan və Nikaraqua arasında bütün sahələrdə, o cümlədən hüquq sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. O, Azərbaycanın bu gün dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biri olduğunu qeyd etmişdir. Sədr ölkəmizin dünya dövlətləri ilə əməkdaşlığa önəm verdiyini diqqətə &cc...
U
“Konstitusiya Məhkəməsi öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmalı, qanunun aliliyinin təmin edilməsi, Konstitusiyaya hörmət və ehtiramın aşılanması məqsədlərinə xidmət etməli, onun qərarları hüququn mötəbər mənbəyinə çevrilməlidir”   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konstitusiya Məhkəməsinin 10 illik yubileyi münasibətilə təbrik məktubundan   Ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın milli təhlükəsizliyini və bütövlüyünü təhdid edən...
  Правовые позиции Конституционного Суда Азербайджанской Республики как форма правотворчества (Минск, 27 июня 2014 г.)       Уважаемый господин Председатель, Уважаемые коллеги, Дамы и господа,     Прежде всего, хотел бы еще раз поблагодарить организаторов мероприятия за приглашение посетить город-герой Минск и участвовать в работе конференции. За прошедшие 20 лет Конституционный Суд Белоруссии сыграл особую роль в становлении и развитии конституционности на территории республики. Мы высоко ценим сотрудничество между нашими Судами и надеемся, что наши связи будут развиваться. Еще раз поздравля...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti iyunun 27-28-də Belarus Respublikası Konstitusiya Məhkəməsinin 20 illiyinə həsr edilmiş beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmək üçün bu ölkənin Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviçin dəvəti ilə Minsk şəhərində işgüzar səfərdə olmuşdur. Konfransın açılışında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına təbriki oxunmuşdur. Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Bolqarıstan, Latviya, Venesuela ...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15