ANA SƏHİFƏ » Xəbərlər

10-11 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi F.Babayev və İşlər idarəsinin müdiri A.Hümbətov «Konstitusiya Məhkəməsi hüquqi dövləti təmin edən yüksək institut və konstitusiya mühakiməsini həyata keçirən orqan kimi» Qara Dəniz sahilyanı ölkələrinin sədrlərindən ibarət Kişinauda keçirilən Beynəlxalq forumda iştirak etmişlər.
2001-ci il noyabrın 1-2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri X.Hacıyev və hakimi Ə.Sultanov Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin Sədri Marat Baqlayın dəvəti ilə Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 10 illik yubileyinə həsr olunmuş «Minilliyin astanasında ədalətli konstitusiya mühakiməsi» Konfransında iştirak etmişlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri X.Hacıyev 30 oktyabr 2001-ci il tarixdə x-m Krista Lörxer, d-r İnqard Şvaetzer, c-b Helmut Vilhelm, x-m Marina Bernhardtın daxil olduğu Almaniya Federativ Respublikası Bundestaqının nümayəndə heyətini qəbul etmişdir. Görüşdə X. Hacıyev nümayəndə heyətinə «Konstitusiya Məhkəməsi haqqında» Qanunun yeni layihəsi və vətəndaşların Konstitusiya Məhkəməsinə müraciət etməsi prosedurası haqqında məlumat vermişdir. Görüş zamanı məhkəmələrin müstəqilliyi və «Ombudsman haqqında» Konstitusiya Qanununun qəbul edilməsinə dair məsələ...
18-20 oktyabr 2001-ci il tarixdə Sədr X.Hacıyev Venesiyada keçirilən Avropa Şurasınının Hüquqdan Demokratiyaya doğru Venesiya Komissiyasının 48-ci Plenar İclasında iştirak etmişdir.
10-12 oktyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Beynəlxalq əlaqələr və xarici konstitusiya nəzarəti təcrübəsinin ümumiləşdirilməsi şöbəsinin müdiri R.Quliyev Strasburqda keçirilən «Məlumat bazasının müdafiəsinə dair layihə qrupların və şəxsi xarakterli məlumatların avtomatizasiyasına dair mülki şəxslərin müdafiəsi haqqında Konvensiyasının məsləhət komitəsinin müştərək iclasında» iştirak etmişdir. Bu iclasda videomüşaidə vasitəsi ilə məlumatların toplanmasına dair rəhbər prinsiplər qəbul olunmuşdur.
26-28 sentyabr 2001-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri X.Hacıyev Karlsruedə keçirilən Almaniya Federal Konstitusiya Məhkəməsinin 50 illik yubileyində iştirak etmişdir.
6-7 iyul 2001-ci il tarixdə c-b X.Hacıyev Avropa Şurası Venesiya Komissiyasının Venesiyada keçirilən (İtaliya) 47-ci Plenar İclasında iştirak etmişdir. Həmin ilin sentyabr ayının 3-də, Sədr X.Hacıyev İzrael dövlətinin fövqaladə və səlahiyyətli səfirini c-b Eytan Nae ilə görüşmüşdür. Görüşdə gələcəkdə İzrael Ali Məhkəməsi və Azərbaycan Repspublikası Konstitusiya Məhkəməsi arasında əməkdaşlıq yaratması haqqında söhbət getmişdir. Həmin ayın 14-də Alman Federativ Respublikasının yenicə təyin olunmuş fövqaladə və səlahiyyətli səfiri c-b Klaus Hrevliç c-b X.Hacıyevlə g&ou...
2001-ci il iyun ayının 20-də Çin Xalq Respublikası Ali Xalq Məhkəməsinin nümayyəndə heyyəti Qu Minşanın başçılığı altında (Sədr) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini ziyarət etmişdir. Görüş zamanı iki Respublika arasında, əsasən isə Çin Ali Məhkəməsi və Azərbaycan Repsublikası Konstitusiya Məhkəməsi arasında əməkdaşlıq haqqında məsələlər müzakirə olunmuşdur.
2001-ci ilin 24-27 mayında Budapeştdə (Macarıstan) keçirilən 9-cu Beynəlxalq Hüquq Konfransında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri c-b X.Hacıyev və Beynəlxalq hüquq şöbəsinin müdiri c-b Ş.Rüstəmov iştirak etmişlər. Beynəlxalq Hüquq Konfransı Demokrasiya leyhinə Mərkəz (Vaşinqton, ABŞ) tərəfindən hər il təşkil oln Konfransdır və onun məqsədi məhkəmə mustəqilliyini gücləndirilməsidir.
4 may 2001-ci il tarixdə Beynəlxalq əlaqələr və konstitusiya nəzarəti xarici təcrübənin ümumiləşdirilməsi şöbəsinin müdiri c-b R.Quliyev və İşlər İdarəsinin müdiri c-b A. Hümbətov Kosis şəhərində keçirilən (Slovakiya) Konstitusiya Ədalət mühakiməsinin Alt Komissiyasının 18-ci İclasında Konstitusiya məhkəmələrinin və başqa muvafiq orqanlarının Rabitəçiləri ilə (Əlaqələndiriçilər) yanaşı iştirak etmişdilər. Müzakirə olunan məsələlər bunları idi: Konstitusiya Məhkəmələrlə seminarları təşkil etmək, Fransız dilini istifadə etməklə Konstitusiya Məhkəmələrinin Assosiyasiyası ilə əməkdaşl...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15