ANA SƏHİFƏ » Xəbərlər

28 iyul 2004-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Ukrayna Respublikası Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Nina Karpaçovanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Konstitusiya Məhkəməsinin Sədri qonaqları salamlayaraq Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunduğunu qeyd etmişdir. Fərhad Abdullayev hər iki dövlətin Konstitusiya Məhkəmələri arasında yaranmış sıx münasibətləri qeyd etmişdir. Konstitusiya Məhkəməsinin Sədri insan hüquqları sahəsində müxtə...
22 iyul 2004-cü ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Avropa Şurasının Strateci Planlaşdırma Departamentinin Rəhbəri Can-Lui Loranı qəbul etmişdir. Cənab Abdullayev qonağı salamlayaraq 2004-cü il yanvar ayının 8-dən qüvvəyə minmiş “Konstitusiya Məhkəməsi haqqında” Qanun, həmçinin Konstitusiya Məhkəməsinin fəaliyyətindəki inkişaf haqqında məlumat vermişdir. Görüş zamanı Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlar, vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququndan geniş istifadə etməsi, referendum nəticəsin...
16 iyun 2004-cü ildə Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayev və hakimlərinin Azərbaycan Respublikası Ədliyyə Nazirinin dəvəti ilə Bakıda rəsmi səfərdə olan İranın başda Ədliyyə Naziri cənab Mühəmmədismayıl Şüştəri olmaqla İran İslam Respublikasının nümayəndə heyəti ilə görüşü keçirilmişdir. Səfər ədliyyə sahəsində iki respublika arasında əməkdaşlıq çərçivəsində təşkil edilmişdir. Görüş zamanı Sədr Fərhad Abdullayev qonaqlara Azərbaycanın məhkəmə-hüquq sistemi, respublikada aparılan hüquqi islahatlar, habelə fərdi şikayətlərə baxılması sahəsində Konst...
2-5 iyun 2004-cü ildə Skopye (Makedoniya) şəhərində Makedoniya Konstitusiya Məhkəməsi və Avropa Şurasının Venesiya Komissiyasının birgə əməkdaşlığı ilə “Konstitusiya müdafiəsi: işin cari vəziyyəti və perspektivləri” mövzusunda Makedoniya Respublikası Konstitusiya Məhkəməsinin 40 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Makedoniya Respublikasının Konstitusitya Məhkəməsi dəvəti ilə konıransda iştirak etmişdir. Konfransda Albaniya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Fransa, Almani...
Martın 29-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayev AFR Baden-Vürtenberq Torpağının Konstitusiya Məhkəməsinin və Ştutqart şəhərinin Ali Məhkəməsinin Sədri cənab Eberhard Ştilz, GTZ-in "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsinin rəhbəri cənab Tomas Herman, GTZ-in "Keçid dövrü ölkələrində hüquq islahatları" layihəsinin rəhbəri, Bremen universitetinin professoru cənab Rolf Knieperı Konstitusiya Məhkəməsində qəbul etmişdir. Cənab F. Abdullayev qonaqları salamlayaraq onları 2003-cü ilin dekabrın 23-də qəbul olunmuş...
Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayev 27-28 fevral 2004-ci il tarixdə Moskva şəhərində keçirilən "Konstitusiyanın sabitliyinin və inkişafının təmin edilməsində Konstitusiya Məhkəməsinin rolu" mövzusunda konfransda iştirak etmişdir.
26-27 fevral 2004-ci il tarixlərdə Bakı şəhərində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Avropa Şurasının Venesiya Komissiyası ilə birqə "Fərdi şikayətlərin öyrənilməsinin üsulları" mövzusuda seminar-treyninq keçirmişdir. Seminarda Sloveniya Konstitusiya Məhkəməsinin Sənədləşdirmə Mərkəzinin Direktoru Arne Mavçiç, Almaniya Federativ Respublikası Konstitusiya Məhkəməsinin Baş katibi Luiza Barnştedt, Latviya Respublikası Konstitusiya Məhkəməsinin sədrinin müşaviri Dzintra Pededze, Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin hakimi Yan Kluçka, Belçika Arbitrac Məh...
2003-cü il dekabr ayının 14-21-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq məsələləri şöbəsinin müdüri Anar Hacızadə, Məhkəmə icraçıları və nəzarətçiləri bölməsinin müdürü Xəqani Məmmədov və Beynəlxalq əlaqələr və xarici konstitusiya nəzarəti təcrübəsinin ümumiləşdirilməsi şöbəsinin baş məsələhətçisi Fuad Tagıyev Polşa Respublikasında səfərdə olmuşlar. Konstitusiya Məhkəməsinin nümayyəndə heyyətinin səfərinin məqsədi Polşa Konstitusiya Tribunalında fərdi şikayətlərə baxılma mexanizmi ilə tanışlıq olmuşdur.
24–26 noyabr 2003-cü il tarixdə Beynəlxalq əlaqələr və xarici konstitusiya nəzarəti təcrübəsinin ümumiləşdirilməsi şöbəsinin müdiri R. Quliyev, İşlər İdarəsinin Müdürü A. Hümbətov və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədrinin müşaviri İ. Abutalıbov Strasburqda keçirilmiş Avropa Birliyinin Məlumat Bazasının Qorunmasına həsr olunmuş Layihə Qrupunun 42-ci iclasında iştirak etmişdirlər. İclasda biometrik məlumatların istifadəsi ilə fərdi məlumatların qorunması layihəsi və elektron kartların istifadəsi ilə fərdi məlumatların qorunması haqqında rəhbər prinsiplərin lahi...
2003-cü il noyabr ayının 13-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri çənab Fərhad Abdullayev Türkiyə Böyük Millət Məclisinin üzvü, Komissiyanın sədr müavini Atilla Koçu qəbul etmişdir. Qonaq, çənab F. Abdullayevi Konstitusiya günü münasibəti ilə təbrik edərək, Türkiyənin dövlət və hüquq sahəsindəki inkişaf barədə məlumat vermişdir. Qonaq Türkiyənin konstitusiya nəzarəti orqanı olan Anayasa Məhkəməsinin fəaliyyəti, səlahiyyətləri və onun Türkiyə qanunvericiliyinin demokratikləşdirilməsində olan rolundan söhbət etmişdir. &Oum...
6 sentyabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayev Çin Xalq Respublikasının nümayəndə heyyətini – Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Tszya Çunvan, Süy Fa, Heyluntszyan əyalətinin Baş prokuroru So Meydun, Tizilin əyalətinin Baş prokuroru Sin Yuybao, Daxili Monqoliya muxtar rayonun Baş prokuroru Maymayti Yuysupu, Sin Tszyan muxtar rayonunun Baş prokuroru Çcan Sintsze, ÇXR Ali Baş Prokuroluğu Xarici işlər bürosunun Baş müdiri E Fen, ÇXR Ali Baş Prokurorluğu Xarici işlər bürosunun ş&o...
13-15 dekabr 2001-ci il tarixdə Sədr X.Hacıyev Venesiya Komissiyasının 49-cu Plenar İclasında iştirak etmişdir.
10-11 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi F.Babayev və İşlər idarəsinin müdiri A.Hümbətov «Konstitusiya Məhkəməsi hüquqi dövləti təmin edən yüksək institut və konstitusiya mühakiməsini həyata keçirən orqan kimi» Qara Dəniz sahilyanı ölkələrinin sədrlərindən ibarət Kişinauda keçirilən Beynəlxalq forumda iştirak etmişlər.
2001-ci il noyabrın 1-2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri X.Hacıyev və hakimi Ə.Sultanov Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin Sədri Marat Baqlayın dəvəti ilə Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 10 illik yubileyinə həsr olunmuş «Minilliyin astanasında ədalətli konstitusiya mühakiməsi» Konfransında iştirak etmişlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri X.Hacıyev 30 oktyabr 2001-ci il tarixdə x-m Krista Lörxer, d-r İnqard Şvaetzer, c-b Helmut Vilhelm, x-m Marina Bernhardtın daxil olduğu Almaniya Federativ Respublikası Bundestaqının nümayəndə heyətini qəbul etmişdir. Görüşdə X. Hacıyev nümayəndə heyətinə «Konstitusiya Məhkəməsi haqqında» Qanunun yeni layihəsi və vətəndaşların Konstitusiya Məhkəməsinə müraciət etməsi prosedurası haqqında məlumat vermişdir. Görüş zamanı məhkəmələrin müstəqilliyi və «Ombudsman haqqında» Konstitusiya Qanununun qəbul edilməsinə dair məsələ...
18-20 oktyabr 2001-ci il tarixdə Sədr X.Hacıyev Venesiyada keçirilən Avropa Şurasınının Hüquqdan Demokratiyaya doğru Venesiya Komissiyasının 48-ci Plenar İclasında iştirak etmişdir.
10-12 oktyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Beynəlxalq əlaqələr və xarici konstitusiya nəzarəti təcrübəsinin ümumiləşdirilməsi şöbəsinin müdiri R.Quliyev Strasburqda keçirilən «Məlumat bazasının müdafiəsinə dair layihə qrupların və şəxsi xarakterli məlumatların avtomatizasiyasına dair mülki şəxslərin müdafiəsi haqqında Konvensiyasının məsləhət komitəsinin müştərək iclasında» iştirak etmişdir. Bu iclasda videomüşaidə vasitəsi ilə məlumatların toplanmasına dair rəhbər prinsiplər qəbul olunmuşdur.
26-28 sentyabr 2001-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri X.Hacıyev Karlsruedə keçirilən Almaniya Federal Konstitusiya Məhkəməsinin 50 illik yubileyində iştirak etmişdir.
6-7 iyul 2001-ci il tarixdə c-b X.Hacıyev Avropa Şurası Venesiya Komissiyasının Venesiyada keçirilən (İtaliya) 47-ci Plenar İclasında iştirak etmişdir. Həmin ilin sentyabr ayının 3-də, Sədr X.Hacıyev İzrael dövlətinin fövqaladə və səlahiyyətli səfirini c-b Eytan Nae ilə görüşmüşdür. Görüşdə gələcəkdə İzrael Ali Məhkəməsi və Azərbaycan Repspublikası Konstitusiya Məhkəməsi arasında əməkdaşlıq yaratması haqqında söhbət getmişdir. Həmin ayın 14-də Alman Federativ Respublikasının yenicə təyin olunmuş fövqaladə və səlahiyyətli səfiri c-b Klaus Hrevliç c-b X.Hacıyevlə g&ou...
2001-ci il iyun ayının 20-də Çin Xalq Respublikası Ali Xalq Məhkəməsinin nümayyəndə heyyəti Qu Minşanın başçılığı altında (Sədr) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini ziyarət etmişdir. Görüş zamanı iki Respublika arasında, əsasən isə Çin Ali Məhkəməsi və Azərbaycan Repsublikası Konstitusiya Məhkəməsi arasında əməkdaşlıq haqqında məsələlər müzakirə olunmuşdur.

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15