ANA SƏHİFƏ » Xəbərlər

Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze ölkəmizdə milli azlıqların, etnik qrupların hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər barədə danışaraq, Konstitusiya Məhkəməsinin 9 hakimindən biri- milliyətcə gürcü olduğunu, bu mötəbər qurumda azərbaycanlılarla birlikdə rus, ləzgi, avar, tatar millətindən olan məsul işçilərin də çalışdığını vurğulamışdır. O, tarix boyu Azərbaycan xalqının öz tolerantlığı ilə nümunə olduğunu, Bakıda kilsə, sinaqoq və məscidlərin eyni hüquqlarla azad fəaliyyət göstərdiyini bildirmişdir.  İndiyədək Konstitusiya Məh...
2007-ci ilin 16-23 yanvar tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanova İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təşkil etdiyi “Beynəlxalq hüquqla konstitusiya hüququ arasında qarşılıqlı əlaqələr” mövzusuna həsr olunan Avropa ölkələrinin yüksək məhkəmə orqanlarının hakimlərinin ənənəvi iclasında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yeni məhkəmə ilinin açılışında iştirak etmək üçün Strasburq şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində  İnsan Hüquqları üzrə Avropa Məhkəməs...
Dəyirmi masanı açan Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev qonaqları salamlayaraq, bu tədbirin məhkəmələrin, xüsusilə də Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunduğunu qeyd etdi. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinə və xüsusilə də Almaniyanın Karlsruhe İnzibati Məhkəməsinin sədri xanım Qudrun Şraft-Huberə Konstitusiya Məhkəməsinin kollektivi və şəxsən öz adından minnətdarlığını bildirən sədr bu tədbirin mətbuatla məhkəmələrin əməkdaşlığına töhfələr verəcəyini xüsusi vurğuladı.  Tədbirdə əvvəllər Almaniya Federal Konstitusiya Məhkəməsinin m...
Daha sonra sədr F.Abdullayev noyabr ayında Avropa Şurası Venesiya Komissiyası ilə birlikdə Bakıda cari ilin noyabr ayında keçiriləcək konfransda iştirak etmək üçün Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədrinə ünvanladığı rəsmi dəvət məktubunu səfirə təqdim etmişdir.  Səfir Vasiliy İstratov öz növbəsində vaxt tapıb onu qəbul etdiyinə görə məhkəmə sədrinə təşəkkür etmiş, Azərbaycanın demək olar ki, bütün sahələrdə böyük uğurlar qazandığını vurğulayaraq, ölkəmizdə baş verən inkişafın onda dərin təəssüratlar yaratdığını bildirmişdir. O, iki ölkə...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 2006-cı il sentyabr ayının 15-də İtaliyanın Azərbaycandakı səfiri Can Luici Maşanı qəbul etmişdir.  Azərbaycan Konstitusiya Məhkəməsi ilə İtaliya Konstitusiya Məhkəməsi arasında yüksək əməkdaşlıq səviyyəsindən razı olduğunu qonağın diqqətinə çatdıran sədr F.Abdullayev, görüş zamanı aprel ayında İtaliyaya etdiyi səfəri xatırlayaraq, keçirdiyi görüşlər barədə öz xoş təəssüratını onunla bölüşmüşdür. Fərhad Abdullayev Azərbaycanda son illər ərzində həyata keçirilən məhkəmə islahatları barədə...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Litva Respublikasının Konstitusiya Məhkəməsinin sədri Eqidius Kurisin dəvəti ilə sentyabrın 7 və 8-də Vilnüs şəhərində keçirilən Avropa Konstitusiya Məhkəmələri Konfransının üzvü olan Avropa Konstitusiya nəzarəti orqanları sədrlərinin iclasında iştirak etmişdir. İclasda konfransın struktur islahatları, konstitusiya ədalət mühakiməsinin müasir tendensiyaları və maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.Sentyabarın 7-də iclas iştirakçılarını Litiva Respublikasının prezidenti Valdas Adamkus qəbul etmiş, onlara uğurlu v...
2006-cı il iyun ayının 20-də Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində beynəlxalq humanitar hüquq mövzusunda dəyirmi masa keçirmişdir.  Rusiya Federasiyasının Konstitusiya Məhkəməsindən, Syerra-Leone üzrə Xüsusi Məhkəməsindən və Beynəlxalq Cinayət Məhkəməsindən mütəxəssislərin iştirak etdiyi dəyirmi masanı açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqları salamlayaraq, müasir beynəlxalq humanitar hüquqda müşahidə olunan yeni yanaşmaların bəşəriyyət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamış...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir qrup əməkdaşı 1 iyun – Uşaqları beynəlxalq müdafiə günü ərəfəsində Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində uşaqlar üçün 3 nömrəli internat evində olmuşdur. Qonaqların gəlişi internat evinin sakinlərində dərin razılıq hissi doğurmuşdur. Konstitusiya Məhkəməsinin kollektivi adından internat evinə «Beko» markalı paltaryuyan maşın və xeyli bayram sovqatı hədiyyə edilmişdir.İnternat evində təlim-tərbiyə işlərinin vəziyyəti və məişət şəraiti ilə yaxından tanış olan qonaqlar uşaqları Konstitusiya Məhkəmsinin rəhbərliyi və kollektiv...
2006-cı il may ayının 27-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Çin Xalq Respublikası Hüquq Cəmiyyətinin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və məhkəmə-hüquq sistemi haqqında qonaqlara ətraflı məlumat verən F.Abdullayev ölkəmizin Çin Xalq Respublikası ilə hüquqi sahədə əməkdaşlığını yüksək qiymətləndirmiş, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir. O, məhkəmə-hüquq sistemində mütəmadi təcrübə mübadiləsinin aparılmasın...
Bu ildə ikinci dəfə görüşdüyünü bildirən Sədr İ.Ceşut, Avstriya Konstitusiya Məhkəməsinin Sədri Karl Korinekinin səmimi salamlarını çatdırmış, səfərinin Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə ikitərəfli əlaqələrin genişlənməsində və digər məhkəmə-hüquq orqanları ilə təcrübə mübadiləsinin aparılmasında yeni mərhələ olacağını söyləmişdir.  Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev ölkələrimizin məhkəmə orqanlarının əməkdaşlığının hər iki tərəf üçün faydalı olduğunu, avstriyalı həmkarı K.Korinekinin Bakıya səfərə gələcəyini qonağın diqqətinə çatdı...
Görüş zamanı Sədr F.Abdullayev Avropada ən gədim Konstitusiya Məhkəməsi hesab olunan Avstriyanın Konstitusiya Məhkəməsinin təcrübəsinin öyrənilməsi, qarşılıqlı ekspert görüşlərinin və səfərlərinin təşkili, təcrübə mübadiləsi və hakimlər üçün təlimlərin keçirilməsinin zəruriliyini vurğulamışdır. Sədr F.Abdullayev Avstriyanın 2006-cı ildə Avropa İttifaqında Sədrliyini nəzərə alaraq Avropa İttifaqı – Azərbaycan arasında, xüsusilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişlənməsi, həmçinin Avropa İttifaqı tərəfindən dəstəyin artırılması məsələsinə toxunmuşdu...
2006-cı il fevral ayının 3-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi və ATƏT-in insan olçüsü üzrə koordinatoru Andreas Buşu qəbul etmişdir. Görüşdə Konstitusiya Məhkəməsi ilə ATƏT əməkdaşlığının 2005-ci ilin nəticələri və 2006-cı il üçün qarşılıqlı tədbirlərinin perspektivləri müzakirə olunmuşdur. Əldə olunan razılığa əsasən, ATƏT-in Bakı ofisi tərəfindən Konstitusiya Məhkəməsi aparatının əməkdaşları üçün xüsusi təlim kurslarının və ATƏT-in dəsətəyi ilə Avropa konstitusiya nəzarəti orqa...
2005-ci il 11-12 noyabr tarixlərində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Avropa Şurasının Venesiya Komissiyası və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə birlikdə «Hüquqi dövlətin qurulmasında Konstitusiyanın rolu» mövzusunda Azərbaycan Respublikası Konstitusiyasının 10 illiyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Azərbaycan tərəfindən iştirak edirdilər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri F.Abdullayev, Sədr müavini S.Salmanova, hakimlər F.Babayev, R.Qvaladze, B.Qəribov, E.Məmmədov, İ.Nəcəfov, Ə.Sultanov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ...
&
“Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır. Bu gün ən mühüm vəzifə Konstitusiyanı daha dərindən mənimsəmək və onun verdiyi təminatlardan bəhrələnməkdən ibarətdir…” Heydər Əliyev Azərbaycan Respublikasının müstəqillik tarixində, milli dövlət quruculuğunda müstəsna yeri olan ilk demokratik Konstitusiyamızın qəbul edilməsinin 10 ili tamam olur. On il əvvəl - 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Əsas Qanunumuz haqqında ümummilli liderimiz Heydər Əliyevin müdrikcəsinə dediyi “... bu, uzunömürlü Kon...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oktyabrın 9-da Almaniyanın Karlsruhe İnzibati Məhkəməsinin sədri xanım Qudrun Şraft-Huberi qəbul etmişdir.  Görüşdə ölkələrimizin konstitusiya nəzarəti orqanları arasında mövcud əlaqələr və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.  Sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birlikdə «Konstitusiya Məhkəməsi və kütləvi informasiya vasitələri arasında qarşılıqlı münasibətlər» mövzusunda dəyirmi masa təşkil etmişdir. Dəyir...
Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev, Konstitusiya Məhkəməsinin hakimləri Ə.Sultanov, R.Qvaladze və beynəlxalq ələqələr şöbəsinin müdiri R.Quliyev 2005-ci ilin may ayının 15-19 tarixlərində Kipr Respublikasının Ali Məhkəməsinin Sədri Xristos Artemidesin dəvəti ilə Nikosiya şəhərində «Konstitusiya ədalət mühakiməsi təcrübəsində insan hüquqlarının məhdudlaşdırılmasının meyarları» mövzusunda Avropa Konstitusiya Məhkəmələri Konfransının 13-cü Konqresində iştirak etmişlər. Konqres zamanı mövzu ilə bağlı milli məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Səfər zamanı Azərba...
Dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının doğum günü ərəfəsində Konstitusiya Məhkəməsində bir sıra tədbirlər keçirilmişdir. Konstitusiya Məhkəməsinin hakimləri və əməkdaşları Fəxri Xiyabanı ziyarət edərək, ümummilli liderimizin xatirəsini ehtiramla anmış, abidə kompleksi üzərinə əklil və gül-çiçək dəstələri qoymuşlar. Mərasimdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü münasibətilə büstünün təntənəli açılış mərasimi o...
2005-ci il aprelin 20-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andreas Herkel, həmçinin Monitorinq Komitəsinin Katibliyinin əməkdaşı Bonni Teofilovanı qəbul etmişdir. F.Abdullayev qonaqları salamlayaraq 2005-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərinin hüquqi aspektləri, Konstitusiya Məhkəməsinə daxil olan sorğu və şikayətlər, habelə qəbul edilən qərarların mahiyyəti haqqında məlumat vermişdir. AŞPA-nın monitorinq komitəsinin üzvü A.Qross ...
Səfir Pavesi öz növbəsində ATƏT-in ekspert yardımı göstərməyə hazır olduğunu bildirərək, məhz bu məqsədlə İslandiyanın təcrübəli hüquqşünasının prossesə cəlb olunduğunu bildirmişdir. Səfir Pavesi həmçinin ümidvar olduğunu bildirmişdir ki, Konstitusiya Məhkəməsinə ezam olunan ekspert Daxili Nizamnaməyə müvafiq dəyişiklikləri təklif etməklə onun Avropa Konstitusiya nəzarəti orqanlarının reqlamentləri səviyyəsində hazırlanmasında öz köməkliyini əsirgəməyəcəkdir. Sədr Abdullayev ekspert yardımına görə ATƏT-in Bakı ofisinə öz təşəkkürünü bildirmiş və əməkdaşlığın d...
2005-ci il fevralın 25-26-da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin İşlər idarəsinin müdiri Akif Hümbətov Moldova Respublikasının Konstitusiya Məhkəməsinin dəvəti ilə Moldova Respublikasının Konstitusiya Məhkəməsinin 10 illiyinə həsr olunmuş «Konstitusiya ədalət mühakiməsi: aktuallıq və perspektivlər» mövzusunda Kişenyovda keçirilən konfransda iştirak etmişlər. Cənab Fərhad Abdullayev Azərbaycanda vətəndaşların konstitusiya ədalət mühakiməsinə birbaşa müraciəti ilə bağlı məruzə ilə çıxış etmişdir. Konfransda həmç...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15