ANA SƏHİFƏ » Xəbərlər

Gürcüstan Respublikası Konstitusiya Məhkəməsinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) və Avropa Şurası Venesiya Komissiyasının təşkilatçılığı ilə 19-20 iyun 2008-ci il tarixində Batumi şəhərində «Cənubi Qafqazda konstitusiya ədalət mühakiməsi və hüquqi dövlət» mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakim Rafael Qvaladze, Aparat rəhbəri Arif Zeynalov və məhkəmənin digər məsul şəxslərindən ibarət nümayəndə heyəti ilə təmsil olunmuşdur. Həmin Konfransda Azərbaycan və Gürcüstan Respublikalarının ...
"2008-ci ilin iyun ayının 2-dən 6-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Litva Respublikasının Konstitusiya Məhkəməsinin Sədri Kestutis Lapinskasın dəvəti ilə Vilnyus şəhərində Avropanın 39 dövlətinin Konstitusiya Məhkəməsinin iştirakı ilə keçirilmiş Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının XIV Konqresində iştirak etmişdir.Konfransın açılışında Litva Respublikasının Prezidenti Valdas Adamkus çıxış etmişdir. O, tədbirdə iştirak edən bütün Avropa ölkələri Konstitusiya Məhkəmələrinin nümayəndə...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Ukrayna Respublikası Konstitusiya Məhkəməsi Sədrinin dəvəti ilə 16 may 2008-ci il tarixdə Kiyev şəhərində Ukrayna Respublikası Konstitusiya Məhkəməsinin keçirdiyi «Konstitusiya Məhkəməsi dövlət hakimiyyət orqanları sistemində» mövzusunda beynəlxalq məhkəmə konfransında iştirak etmişdir.  Konfransı Ukrayna Prezidenti Viktor Yuşenko giriş sözü ilə açaraq, bütün tədbir iştiakçılarına uğurlu iş arzulamışdır. Daha sonra iştirakçı dövlətlərin Konstitusiya Məhkəmələrinin Sədr və hakimləri Konst...
Viruş Limviçayı Bakı şəhərinə rəsmi dəvət etmişdir. 2008-ci ilin 19-21 fevral tarixlərində Tayland Krallığı Ali və Konstitusiya Məhkəmələrinin sədri Viruş Limviçayın dəvəti ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi və hakim Rafael Qvaladze, İşlər İdarəsinin müdiri Akif Hümbətov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Quliyevin daxil olduğu nümayəndə heyəti Banqkok şəhərinə rəsmi səfər etmişdir.Səfər zamanı nümayəndə heyəti Ali və Konstitusiya Məhkəmələrində bir sıra görüşlər keçirmiş, Tayland məhkəmə sistemi ilə tan...
Fevralın 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyənin ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri Hüseyn Avni Qarslıoğlu ilə görüşmüşdür.Azərbaycan ilə Türkiyə arasında tarixən mövcud olan dostluq münasibətlərinin hərtərəfli inkişafının əhəmiyyətini vurğulayan Fərhad Abdullayev qardaş ölkələrimizin əlaqələrinin bütün sahələrdə inkişaf etdirilməsində göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Diplomatik fəaliyyəti dövründə Azə...
  2008-ci il fevralın 1-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının illik fəaliyyəti ilə bağlı hesabatların dinlənməsinə dair iclas keçirilmişdir.İclası giriş sözü ilə açan sədr F.Abdullayev Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar və qərardadlara toxunaraq demişdir ki, Məhkəmə Aparatının əməkdaşları qərar layihələrinin hazırlanmasında hakimlərə hüquqi yardım göstərilməsində fəal olmalıdırlar. Şöbələr tərəfindən təqdim edilmiş hesabatlarda Konstitusiya Məkəməsinə daxil olmuş 1715 şikayətin daxil olduğu diqqətə çatdırılmış, həmin şika...
2008-ci il yanvarın 25-26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2008-ci ildə nəzərdə tutulmuş məhkəmə iclaslarının açılış tədbirlərinə həsr olunmuş «İnsan hüquqları haqqında Avropa Konvensiyası sistemində konsensusun rolu» movzusunda beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmək üçün Strasburqda səfərdə olmuşdur. Səfər zamanı F.Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Can-Pol Kosta ilə görüşmüşdür. Beynəlxalq konfransa dəvətə görə təşəkkürü...
5-9 dekabr 2007-ci il tarixlərində Rumıniya Konstitusiya Məhkəməsinin 15-illik yubileyinə həsr olunmuş «Konstitusiya Məhkəmələrinin Rolu. Siyasi-hüquqi həyatın konstusionalizasiyası» mövzusunda keçirilmiş Beynəlxalq Konfransda Konstitusiya Məhkəməsi Aparatının Rəhbəri cənab A. Zeynalov və Beynəlxalq hüquq şöbəsinin böyük mütəxəssisi A. Hüseynzadə iştirak etmişdirlər. Tədbirdə, Avropa ölkələri Konstitusiya Məhkəmələrinin sədrləri və hakimləri ilə yanaşı, Əlcəzair Konstitusiya Şurasının üzvləri, Venesiya Komissiyasının nümayəndələri və Avropa Ədalət Mühakiməsinin ...
Dekabrın 4-6-da Tehranda İslam Konfransı Təşkilatına üzv ölkələrin məhkəmə orqanları rəhbərlərinin iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasını Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Tədbirdə çıxış edən Fərhad Abdullayev əminliklə demişdir ki, aparılan fikir mübadiləsi təşkilata üzv ölkələr və məhkəmə orqanları arasında hüquqi əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir.  Fərhad Abdullayev iclas çərçivəsində İran rəsmləri ilə keçirdiyi görüşlərdə müstəqillik əldə olun...
Azərbaycan ilə İran arasında tarixən mövcud olan dostluq münasibətlərinin hərtərəfli inkişafının əhəmiyyətini vurğulayan Fərhad Abdullayev ölkəmizdə Konstitusiya ədalət mühakiməsinin qanunvericilik aktları barədə qonağa ətraflı məlumat vermişdir. F.Abdullayev bildirmişdir ki, Azərbaycanın Konstitusiya Məhkəməsi beynəlxalq əlaqələrin, həmçinin inkişaf etmiş ölkələrin konstitusiya məhkəmələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Müxtəlif sahələrdə səmərəli əməkdaşlığın ölkələrimizin mənafelərinə xidmət etdiyini bildirən sədr, ikitərəfli münasibətlərin genişlənməsində ...
Noyabrın 12-də Konstitusiya Məhkəməsinin mərkəzi aparatında Konstitusiya Gününə və “Konstitusiya, şəxsiyyət və hüquqi dövlət” mövzusunda keçirilən olimpiadanın qaliblərinin mükafatlandırılmasına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ şöbəsinin müdiri, olimpiadanın təşkilat komitəsinin sədri Dürdanə Məmmədova olimpiadanın gedişi və keçirilməsi haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqla...
Seminarı Aparatın rəhbəri Arif Zeynalov açaraq tədbirin məqsəd və əhəmiyyətindən, Konstitusiya Məhkəməsinin beynəlxalq məhkəmələrlə, ATƏT-in Bakı ofisi ilə əməkdaşlıq əlaqələrindən danışmışdır. Aparatın rəhbəri qeyd etmişdir ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmuş, dərhal Strasburq Məhkəməsinin yurisdiksiyasını tanımışdır. Konstitusiya Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə daim böyük maraq göstərməsi və qərarların qəbulunda həmin məhkəmənin təcrübəsinə istinad ...
Bundan sonra nümayəndə heyəti Federal Ali Məhkəmə tərəfindən qəbul edilmişdir. Görüşün əsas müzakirə predmeti məhkəmə sistemi haqqında ətraflı məlumat, Federal Konstitusiya Məhkəməsi ilə qarşılıqlı əlaqələr, vəkillərin Ali Məhkəmədəki məhkəmə proseslərində iştirakı və digər məsələlər olmuşdur.  Səfər çərçivəsində, həmçinin Bundestaqda görüş keçirilmişdir. Almaniyanın Cənubi Qafqazın parlament qrupunun iştirakı ilə görüşdə, Azərbaycan və ümumiyyətlə, Qafqazın Avropa üçün həm siyasi, həm iqtisadi cəhətdən əməkdaşlığının vacibliyi məsələləri ...
Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze ölkəmizdə milli azlıqların, etnik qrupların hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər barədə danışaraq, Konstitusiya Məhkəməsinin 9 hakimindən biri- milliyətcə gürcü olduğunu, bu mötəbər qurumda azərbaycanlılarla birlikdə rus, ləzgi, avar, tatar millətindən olan məsul işçilərin də çalışdığını vurğulamışdır. O, tarix boyu Azərbaycan xalqının öz tolerantlığı ilə nümunə olduğunu, Bakıda kilsə, sinaqoq və məscidlərin eyni hüquqlarla azad fəaliyyət göstərdiyini bildirmişdir.  İndiyədək Konstitusiya Məh...
2007-ci ilin 16-23 yanvar tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanova İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təşkil etdiyi “Beynəlxalq hüquqla konstitusiya hüququ arasında qarşılıqlı əlaqələr” mövzusuna həsr olunan Avropa ölkələrinin yüksək məhkəmə orqanlarının hakimlərinin ənənəvi iclasında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yeni məhkəmə ilinin açılışında iştirak etmək üçün Strasburq şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində  İnsan Hüquqları üzrə Avropa Məhkəməs...
Dəyirmi masanı açan Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev qonaqları salamlayaraq, bu tədbirin məhkəmələrin, xüsusilə də Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunduğunu qeyd etdi. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinə və xüsusilə də Almaniyanın Karlsruhe İnzibati Məhkəməsinin sədri xanım Qudrun Şraft-Huberə Konstitusiya Məhkəməsinin kollektivi və şəxsən öz adından minnətdarlığını bildirən sədr bu tədbirin mətbuatla məhkəmələrin əməkdaşlığına töhfələr verəcəyini xüsusi vurğuladı.  Tədbirdə əvvəllər Almaniya Federal Konstitusiya Məhkəməsinin m...
Daha sonra sədr F.Abdullayev noyabr ayında Avropa Şurası Venesiya Komissiyası ilə birlikdə Bakıda cari ilin noyabr ayında keçiriləcək konfransda iştirak etmək üçün Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədrinə ünvanladığı rəsmi dəvət məktubunu səfirə təqdim etmişdir.  Səfir Vasiliy İstratov öz növbəsində vaxt tapıb onu qəbul etdiyinə görə məhkəmə sədrinə təşəkkür etmiş, Azərbaycanın demək olar ki, bütün sahələrdə böyük uğurlar qazandığını vurğulayaraq, ölkəmizdə baş verən inkişafın onda dərin təəssüratlar yaratdığını bildirmişdir. O, iki ölkə...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 2006-cı il sentyabr ayının 15-də İtaliyanın Azərbaycandakı səfiri Can Luici Maşanı qəbul etmişdir.  Azərbaycan Konstitusiya Məhkəməsi ilə İtaliya Konstitusiya Məhkəməsi arasında yüksək əməkdaşlıq səviyyəsindən razı olduğunu qonağın diqqətinə çatdıran sədr F.Abdullayev, görüş zamanı aprel ayında İtaliyaya etdiyi səfəri xatırlayaraq, keçirdiyi görüşlər barədə öz xoş təəssüratını onunla bölüşmüşdür. Fərhad Abdullayev Azərbaycanda son illər ərzində həyata keçirilən məhkəmə islahatları barədə...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Litva Respublikasının Konstitusiya Məhkəməsinin sədri Eqidius Kurisin dəvəti ilə sentyabrın 7 və 8-də Vilnüs şəhərində keçirilən Avropa Konstitusiya Məhkəmələri Konfransının üzvü olan Avropa Konstitusiya nəzarəti orqanları sədrlərinin iclasında iştirak etmişdir. İclasda konfransın struktur islahatları, konstitusiya ədalət mühakiməsinin müasir tendensiyaları və maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.Sentyabarın 7-də iclas iştirakçılarını Litiva Respublikasının prezidenti Valdas Adamkus qəbul etmiş, onlara uğurlu v...
2006-cı il iyun ayının 20-də Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində beynəlxalq humanitar hüquq mövzusunda dəyirmi masa keçirmişdir.  Rusiya Federasiyasının Konstitusiya Məhkəməsindən, Syerra-Leone üzrə Xüsusi Məhkəməsindən və Beynəlxalq Cinayət Məhkəməsindən mütəxəssislərin iştirak etdiyi dəyirmi masanı açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqları salamlayaraq, müasir beynəlxalq humanitar hüquqda müşahidə olunan yeni yanaşmaların bəşəriyyət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamış...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15