ANA SƏHİFƏ » Xəbərlər

Mayın 7-də Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.  Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik və Azərbaycan dövlətçiliyinin üzləşdiyi digər faciəvi hadisələri xatırlatmışdır. Qeyd edilmişdir kı, belə bir məq...
Mayın 3-də Konstitusiya Məhkəməsində 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə veteranlarla görüş keçirilmişdir. Görüş iştirakçıları əvvəlcə Böyük Vətən müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qələbə gününün bütün sülhsevər xalqlar kimi, azərbaycanlılar üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O demişdir ki, müstəqilliyimizin ilk illərində respublikamı...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullyevin rəhbərliyi ilə nümayəndə heyəti cari il fevral ayının 23-dən 27-dək Moldova Respublikası Konstitusiya Məhkəməsinin sədri D. Pulberinin dəvəti ilə Moldova Respublikasının Konstitusiya məhkəməsinin 15 illiyinə həsr olunmuş beynəlxalq məhkəmə konfransında iştirak etmək üçün Kişinyov şəhərində işguzar səfərdə olmuşdur. Bir çox Konstitusiya məhkəmələrinin sədrləri və hakimlərinin iştirakı ilə keçirilmiş yubiley tədbirlərində Konstitusiya aliliyinin konstitusiya nəzarəti orqanları tərəfindən təmin edilməsi, vətəndaşların hüquq və a...
Yanvarın 28-dən 30-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev və Ali Məhkəməsinin Sədri Ramiz Rzayevin başçılıq etdikləri yüksək məhkəmə orqanlarının nümayəndə heyəti Strasburq şəhərində işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Sədri Jan-Pol Kosta ilə görüş keçirmişdir. Qonaqları salamlayan Sədr Jan-Pol Kosta Avopa Məhkəməsi ilə Azərbaycan Respublikasının məhkəmə orqanları arasında olan qarşılıqlı əməkdaşlığı...
İclasda Aparatın struktur bölmələri rəhbərlərinin görülmüş işlərlə bağlı hesabatları dinlənilmişdir. Konstitusiya Məhkəməsinə daxil olan şikayətlərin sayı, şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, icraata götürülmüş şikayətlərə dair şöbə və bölmələrin hazırladığı rəylər, məhkəmənin beynəlxalq əlaqələri və digər mühüm məsələlərlə bağlı məruzələr dinlənilmiş, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülmüşdür. Məlumat verilmişdir ki, 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə 1792 şikayət ər...
  Yanvarın 19-da Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış etmişdir. O bildirmişdir ki, XX əsrdə totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar qırğını Azərbaycan xalqına, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayətdir. Bununla bərabər, o müdhiş gecə tariximizə təkcə faciə k...
Yanvarın 13-də Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Almaniyanın Federal Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq Fondunun direktoru Mattias Vekkerlenq ilə görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə və hüquq sahəsində hazırlanan qanunların ...
  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federal Konstitusiya Məhkəməsinin dəvəti və Almaniya Texniki Əməkdaşlıq cəmiyyətinin dəstəyi ilə dekabrın 8-dən 11-dək Almaniya Federativ Respublikasında işguzar səfərdə olmuşdur. Almaniya Federal Konstitusiya Məhkəməsinin Sədr əvəzi Andreas Vosküxle və bir sıra hakimləri ilə keçirilmiş görüşlər zamanı konstitusiya ədalət mühakiməsi sahəsində bir sıra hüquqi məsələlər ətrafında müxtəlif fikir mübadilələri aparılm...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 12-də Konstitusiya Günü münasibətilə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ilk milli Konstitusiyanın müəllifi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.
  XXI əsrdə biz müasir dünyanın mənzərəsinin köklü dəyişikliklərə məruz qaldığının şahidi oluruq. Bu gün demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət ayrılıqda hər bir dövlətdə, bütövlükdə isə beynəlxalq münasibətlərdə müəyyənedici amillər kimi çıxış edir. İstənilən demokratik cəmiyyətin əsasını insan hüquq və azadlıqlarının tanınması və onların səmərəli təminatı mexanizmlərinin mövcudluğu təşkil edir. Cəmiyyətin inkişafı, onun maddi və mənəvi çiçəklənməsi, vətəndaş sülhü yalnız insanın ali dəyər, onun hüq...
Noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Konstitusiya gününə və “Hüquqi dövlətin əsasları” mövzusunda keçirilmiş hüquq olimpiadasının yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Konstitusiya Məhkəməsinin mərkəzi aparatında keçirilən mərasimi açan sədr Fərhad Abdullayev iştirakçıları Konstitusiya Günü münasibətilə təbrik etmiş, bildirmişdir ki, bu gün həm də orta məktəb şagirdləri arasında keçirilmiş və artıq ənənə halı almış h&...
  Oktyabrın 28-də Konstitusiya Məhkəməsində ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel ilə görüş keçirilmişdir.  Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də məqsədyönlü islahatların aparıldığını bildirmişdir. Azərbaycanda 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə və hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartl...
  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti cari il oktyabr ayının 14-dən 16-dək Rumıniya Respublikası Konstitusiya Məhkəməsinin sədri İon Vidanın dəvətəi ilə Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatı Sədrlərinin görüşündə iştirak etmək üçün Buxarest şəhərində işgüzar səfərdə olmuşdur. Rumıniya Prezidenti Troyan Besesku tədbiri açaraq qonaqları salamlamış, Avropa Konstitusiya məhkəmələri arasında beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirmişdir. Rumıniya dövlətinin başçısı bu əməkdaşlığın məhkə...
Oktyabrın 7-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Sürətli və hərtərəfli inkişaf dövrünü yaşayan ölkəmizdə digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də məqsədyönlü islahatların aparıldığını vurğulayan sədr Fərhad Abdullayev bildirmişdir ki, Azərbaycanda Konstitusiya Məhkəməsi 1998-ci ildə yaradılmış və fəaliyyətə başladığı ilk gündən beynəlxalq təcrübəyə üstünlü...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin dəvəti ilə Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir. Oktyabrın 6-da qonaqlar və başda sədr Fərhad Abdullayev olmaqla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirmiş, məzarı önünə əklil qoymuşlar.  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliye...
A
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.   Dövlətimizin başçısı Azərbaycan ilə Slovakiya arasında münasibətlərin bütün istiqamətlərdə genişlənməsinin zəruri olduğunu vurğuladı. Ölkələrimiz arasında əlaqələrin bu gün o qədər də intensiv xarakter daşımadığını qeyd edən Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Slovakiyanın Konstitusiya Məhkəməsinin sədrinin Azərbaycana səfəri...
A
Ankarada Qanun yolu ilə Demokratiya naminə Avropa Şurası Venesiya Komissiyası və Türkiyənin Konstitusiya Məhkəməsinin birgə təşkil etdikləri Avropa Konstitusiya Məhkəmələri baş katiblərinin 4-cü konfransı keçirilmişdir.  Konfransda ölkəmizi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin insan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Tural Aslanov təmsil etmişdir.  Türkiyə Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç konfransı giriş sözü ilə açaraq qonaqları salamlamış və bu cür tədbirlərin Avropa Şurasına üzv ölkələrin kons...
Cari il iyul ayının 21-24 tarixlərində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti Moldova Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş beynəlxalq məhkəmə konfransında iştirak etmişdir. Konfransı Moldova Respublikasının Prezidenti cənab V. Voronin rəsmi açıq elan etmişdir. Tədbirdə, konstitusiya ədalət mühakiməsinin müasir cəmiyyətin inkişafında rolu, vətəndaşların konstitusiya məhkəmələrinə müraciətlərinin baxılması, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının konstitusiya məhkəmə icraatında tətbiqi və digər məhkəmə-hüquq məsələləri ilə ...
Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Sahib oğlu Abdullayevə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 iyul 2009 cu il.  
  Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 40 ili tamam olur. Bu tarixin 30 ilindən çoxu Azərbaycanın quruculuq və inkişaf salnaməsinə ulu öndərin xalqımız və ölkəmiz üçün gördüyü işlərin zəfər səhifələri kimi yazılmışdır. İndi Heydər Əliyevin siyasi irsini araşdıranlar çox haqlı olaraq həmin illərdə görülmüş işləri dövlət müstəqilliyimizə təminat yaradan başlıca amillər kimi qiymətləndirirlər. Ümummilli lider Heydər Əliyev məhz o illərdə böyük uzaqgörənliklə Azərbaycanın milli müstəqilliyini...

Səhifə: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15