
Kamran Rauf oğlu Şəfiyev 22
dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1993-cü ildə Bakı Dövlət
Universitetinin hüquq fakültəsini bitirmişdir.
1985-ci ildə Başkir Muxtar Sovet
Sosialist Respublikasının İşimbay şəhər Xalq Məhkəməsində kargüzar, 1986-cı
ildə Ufa şəhər Soveti Xalq Məhkəməsində kargüzar, məhkəmə iclasının
katibi işləmişdir.
1994-1998-ci illərdə Azərbaycan
Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik
şöbəsində məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini
vəzifələrində işləmişdir.
1998- 2008-ci illərdə Milli
Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdirinin
müavini, 2008-2010-cu illərdə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin
müdiri vəzifələrində işləmişdir.
1998-2000-ci illərdə Azərbaycan
Respublikasının Mərkəzi seçki komissiyasının üzvü seçilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 22 iyun 2006-cı tarixli 1521 saylı Sərəncamına əsasən 3-cü dərəcə
dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Azərbaycan Respublikasında qəbul olunmuş bir sıra
qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmişdir.
22 iyun 2010-cu
ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan
Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə
təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2018-ci
il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu
il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
(1918–2018)” yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.