2004-12-18 Konstitusiya məhkəməsində görüş

Xəbərlər

2004 Dec

2004-cü ilin dekabr ayının 18-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayev Bakıya rəsmi səfərə gələn Avropa Şurasının nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyətinə Avropa Şurası Parlament Assambleyası Monitorinq qrupunun Azərbaycan üzrə məruzəçiləri Andreas Qross və Andreas Xerkel və Avropa Şurası Parlament Assambleyası Monitorinq qrupu Katibliyinin əməkdaşı Devid Kupina daxil idilər. Görüş zamanı Azərbaycanın Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərin icrası və Azərbaycanın məhkəmə sistemində aparılmış islahatlar ilə əlaqədar məsələlər müzakirə olunmuşdur.