2004-10-23 Konstitusiya Məhkəməsinin nümayəndə heyəti

Xəbərlər

2004 Oct

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev 22-23 oktyabr 2004-cü il tarixində Rusiya Konstitusiya Məhkəməsinin dəvəti ilə Moskva şəhərində keçirilən "Siyasi hüquqlar və azad seçkilər" mövzusuna həsr olunmuş beynəlxalq forumda iştirak etmişdir. Həmin tədbirdə konstitusiya Məhkəmələrinin qərarlarında vətəndaşların seçki hüquqları, seçki qanunvericiliyinin təkmilləşdirilməsinin əsas istiqamətləri, siyasi hüquqların qorunması və onların konstitusiya təminatı, seçkilərdən əvvəl söz azadlığı, seçki qanunvericiliyi və vətəndaş hüquqlarının qorunması, vətəndaşların referendumda iştirak etmək hüququ, seçki qanunvericiliyinin təkmilləşdirilməsində Konstitusiya Məhkəməsinin rolu kimi mövzular müzakirə olunmuşdur.

Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Forum iştirakçılarına seçki hüququ ilə bağlı qəbul olunmuş qərarlar barəsində məlumat vermişdir. 

Forumda Şərqi Avropanın bir sıra ölkələrinin Konstitusiya Məhkəməsinin Sədrləri və hakimləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələri iştirak etmişlər.